Sumqayıt inkişafquruculuğun yeni mərhələsinə qədəm qoyur

 

“Sumqayıt nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Bu gün Sumqayıtın potensialı artır, işsizlik aradan qaldırılır, şəhərin abadlaşdırılması üçün sosial sahədə əlavə tədbirlər görülür. Mən dəfələrlə demişəm, insanları narahat edən bütün məsələlər aradan qaldırılmalıdır. Sumqayıtda dəfələrlə olmuşam və istəyirəm ki, burada heç bir problem olmasın. Nə sosial sahədə, nə infrastruktur, nə idarəetmə sahələrində heç bir problem olmasın, insanlar rahat, rifah, əmin-amanlıq içində yaşasınlar. Sumqayıt bundan sonra da ölkəmizin sənaye və iqtisadi inkişafı işində öz sözünü deyəcək”.

İlham ƏLİYEV

 

Azərbaycanın iqtisadi baxımdan qüdrətlənməsi, dünya birliyində layiqli yer tutan dövlətə çevrilməsi beynəlxalq ictimaiyyət tərəfindən təsdiq olunan reallıqdır. Həyata keçirilən dövlət proqramlarının real nəticəsi olaraq bu gün Azərbaycanda iqtisadiyyatın vaxtilə əlçatmaz görünən istiqamətləri sürətlə inkişaf edir, dünya standartlarına uyğun müasir iqtisadi infrastruktur formalaşır. Bütün bunlar sistemli şəkildə paralellik təşkil edərək vətəndaşların sosial rifahının yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bu sırada son illər əldə olunan ən mühüm nailiyyətlərdən biri hər bir rayonun, şəhər və kəndin inkişaf yoluna çıxarılmasıdır.

 

SSRİ-nin 700 şəhərinə məhsul ixrac edən şəhər

 

Ölkəmizdəki yüksəliş Sumqayıtın da timsalında aydın görünür. Hələ sovet dövründə Azərbaycanın əsas sənaye mərkəzi statusuna sahib olan Sumqayıt bu şərəfli adı indi də daşımağa qadirdir. Son illər şəhərdə onlarca yeni istehsal müəssisələrinin yaradılması, bir sıra ənənəvi istehsal sahələrinin fəaliyyətinin canlandırılması bunu təsdiq edir. Ümumiyyətlə, gənclər şəhəri olan Sumqayıt bir çox istiqamətlər üzrə qazandığı nailiyyətlərlə fərqlənir.

Sumqayıt şəhərinin inkişafında Heydər Əliyevin misilsiz xidmətləri olub. Hələ sovet illərində sumqayıtlılar ulu öndərin xüsusi diqqət və qayğısını hər zaman hiss ediblər. Sumqayıtın sosial-iqtisadi inkişafında, sənayenin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində onun əvəzsiz xidmətləri danılmaz faktdır. Rəhbərliyi dövründə 16 dəfə Sumqayıtda olan Heydər Əliyevin hər səfəri şəhərin həyatında böyük tarixi hadisə olub.

Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər təyin ediləndə Sumqayıtda əsas etibarilə metallurgiyakimya müəssisələri var idi. Bir il sonra məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yüngül sənaye müəssisələri və sənayenin digər sahələri inkişaf etdirildi, yeni istehsal sahələri istismara verildi və şəhər öz iqtisadi potensialına görə SSRİ məkanında tanınmağa başladı. Onun istehsal etdiyi məhsullar SSRİ-nin 700 şəhərinə ixrac olunurdu. Məhz 1970-ci illərdə əsaslı tikintinin geniş miqyas alması nəticəsində Sumqayıt nəhəng tikinti meydançasına çevrilmişdi. Şəhərə gələn qonaqlar, xarici nümayəndələr burada aparılan nəhəng quruculuq prosesinin miqyasına və vüsətinə heyran qalırdılar. Dünyanın demək olar ki, əksər ölkələrinə ixrac olunan sənaye məhsullarının keyfiyyəti və əsaslı tikintinin gedişi ilə daim maraqlanan, tez-tez məlumatlar alan respublika rəhbəri Sumqayıta qayğı ilə yanaşır, ortaya çıxan bütün problemlərini operativ həll edirdi.

Sovet İttifaqı dağıldıqdan sonra iqtisadi əlaqələrin qırılması, xammal və satış bazarının olmaması, eləcə də zavod və fabriklərdəki avadanlıqların fiziki və mənəvi cəhətdən köhnəlməsi səbəbindən demək olar ki, əksər zavod və fabriklər fəaliyyətlərini dayandırmış və ya az güclə işləyirdilər. Bu proses əhalinin sosial durumunun aşağı düşməsinə gətirib çıxarmışdı. Ancaq ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə digər sahələrdə olduğu kimi, Sumqayıt sənayesi də özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli liderin bu şəhərlə bağlı qarşıya qoyduğu vəzifə belə idi ki, Sumqayıt yenidən ənənəvi sənaye kompleksi kimi bərpa edilsin, yerli kadr potensialına söykənərək müasir müəssisələr açılsın. Ən vacibi isə Sumqayıtda insanların rahat yaşamaları üçün müvafiq şərait yaradılsın və yeni yerləri açılsın, Sumqayıt yenidən iqtisadikadr potensialı ilə seçilən şəhərə çevrilsin.

 

Azərbaycanın müasir sənaye mərkəzi

 

Ulu öndərin apardığı və Prezident İlham Əliyevin daha da inkişaf etdirdiyi uğurlu iqtisadisosial siyasət nəticəsində bu məqsədə addım-addım yaxınlaşaraq möhtəşəm nailiyyətlər əldə edilib. Regionların sosial-iqtisadi inkişafına dair birinciikinci dövlət proqramlarının uğurla icrası, habelə üçüncü Dövlət Proqramı çərçivəsində qarşıya qoyulan vəzifələrin reallaşdırılması Sumqayıt şəhərini də dinamik inkişaf yoluna çıxarıb. Ölkənin makroiqtisadi göstəricilərində bu şəhərin xüsusi çəkisi yüksəlib, sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, istehsalemal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması istiqamətində uğurlu nəticələr qazanılıb.

Əminliklə deyə bilərik ki, Sumqayıt Azərbaycanın müasir sənaye mərkəzidir. Şəhərin iqtisadi strukturuna kimyaneft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyintiyüngül sənaye, tikinti materialları istehsalı müəssisələri daxildir. Şəhərdə mövcud olan ağır sənaye müəssisələrinin əksəriyyəti müasir texnologiya əsasında yenidən qurulub. Konkret desək, artıq Sumqayıtda 200-dən çox sənayeyönümlü müasir texnologiya əsasında işləyən müəssisə fəaliyyət göstərir. Ən önəmlisi odur ki, müəssisələrin əksəriyyəti müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyir.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Sumqayıt şəhəri üzrə 16 bənddən ibarət genişmiqyaslı tədbirlərin icrası müəyyən edilib. Şəhərin sənaye sahəsinin inkişafı istiqaməti üzrə Sumqayıt Kimya Sənaye Parkı çərçivəsində işlərin sürətlə həyata keçirilməsi, neft-kimya və digər sənaye sahələrinin inkişafının dəstəklənməsi, o cümlədən karbamid istehsalı zavodunun tikintisinin davam etdirilməsi, abadlıq-quruculuq işlərinin, yol infrastrukturunun təkmilləşdirilməsinin və elektrik enerjisi təminatının, istilik təchizatının və qaz təminatının, rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması sahəsində müvafiq işlərin görülməsi, o cümlədən elektrik xətlərinin çəkilişi və yenidən qurulması qarşıya qoyulub. Dövlət Proqramında Sumqayıt şəhəri üzrə müəyyən edilmiş tədbirlərin icrası çərçivəsində sənaye parklarının yaradılması şəhər iqtisadiyyatının inkişafına, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının ixrac qabiliyyətinin daha da genişlənməsinə, eləcə də məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli təsir göstərəcək.

Oktyabrın 25-də Sumqayıta səfər edən Prezident İlham Əliyevin iştirakı ilə etilen-polietilen zavodunda yeni qurğuların işə salınması, yüksək sıxlıqlı polietilen zavodunun təməlinin qoyulması, texniki avadanlıqlar zavodunun açılması bu şəhərin ölkəmizin sənaye mərkəzinə çevrildiyini bir daha təsdiq edir.

 

Ucqarlardan mərkəzə

 

Bu ilin arxada qalan dövrü də Sumqayıt üçün sosial-iqtisadi inkişaf baxımından əlamətdardır. Çünki əvvəlki illərdə olduğu kimi, bu il də Sumqayıtda şəhər həyatının bütün sahələrində uğurlar əldə olunub. Lakin diqqəti çəkən əsas cəhətlərdən biri odur ki, son aylardan Sumqayıtda abadlıq və quruculuq işləri yeni mərhələyə qədəm qoyub, şəhərin simasını daha da gözəlləşdirəcək bir çox yeni infrastruktur layihələrinin həyata keçirilməsinə başlanılıb. Hazırda şəhərin müxtəlif ərazilərində aparılan tikinti-quruculuq işlərinin şahidi olmaq mümkündür. Bu işlər ünvanlı, konkret və məqsədyönlüdür. Diqqəti çəkən məqam ondan ibarətdir ki, abadlıq və quruculuq işlərinə daha çox şəhərin ucqarlarından, girişlərindən başlanılıb. İndi hansı istiqamətdən şəhərə daxil olsan, binaların üzlənməsinin, dam örtüklərinin vurulmasının, mövcud dam örtüklərinin yenilənməsinin, yolların genişləndirilməsinin şahidi olarsan.

Xatırladaq ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduğu gündən şəhərdə irimiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçiriləcəyini qeyd edən Zakir Fərəcov keçirdiyi görüşlərdə qarşıdakı vəzifələrdən, görüləcək işlərdən bəhs etmişdi. Hazırda görülən işlərdən biri Sumqayıtın əsas giriş yolunun genişləndirilməsidir. Sumqayıtın sürətlə inkişaf etməsi və nəqliyyat vasitələrinin sayının artması səbəbindən şəhərin əsas giriş yolunun da yenidən qurulmasına və genişləndirilməsinə ciddi ehtiyac yaranıb. Bunu nəzərə alan Zakir Fərəcovun şəhər icra hakimiyyətinin başçısı təyin olunduqdan sonra verdiyi tapşırıqlardan biri Sumqayıtın əsas giriş yolunun genişləndirilməsi ilə bağlı idi.

Hazırda Sumqayıtda yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində kompleks tədbirlər və yenidənqurma işləri görülür. Xüsusən şəhərin giriş yolundan “Göyərçin” abidəsinə qədər avtomobil yolunun hər iki istiqamətdə 5 metr genişləndirilməsi prosesi həyata keçirilir. Bu məqsədlə əraziyə texnika cəlb olunub. Yolun genişləndirilməsi zamanı ərazidə olan quru ağaclar kəsilir, digərlərinin yeri isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi texnikası vasitəsilə dəyişdirilir. Hazırda burada mövcud asfalt örtüyü 48 min kvadratmetr olduğu halda, genişləndirmə və yenidənqurma işlərindən sonra şəhərin əsas küçəsində asfalt örtüyü 67 min kvadratmetr olacaq. Layihə əsasında yolda yağış sularının qəbuledici xətlərinin, su-kanalizasiya, həmçinin kommunikasiya xətlərinin çəkilməsi də nəzərdə tutulub.

Hazırda Sumqayıtın mərkəzdən kənar ərazilərində diqqəti çəkən əsas problemlərdən biri məhəllədaxili yollarda ciddi təmirə ehtiyacın duyulmasıdır. Artıq bir müddətdir ki, 1-ci, 3-cü, 6-cı, 9-cu, 13-cü, 17-ci və 18-ci mikrorayonlarda, 47-ci, 48-ci məhəllələrdə daxili yolların, bağlar massivinə gedən yolun asfaltlanmasına başlanılıb. Artıq həmin mikrorayonlarda bu işlərin böyük bir qismi yüksək keyfiyyətlə yerinə yetirilib.

 

Heydər Əliyev Mərkəzi şəhərin ən möhtəşəm ünvanlarından biri olacaq

 

Ulu öndər Heydər Əliyev cismən aramızda olmasa da, ölkəmizi işıqlı sabaha aparan bəşəri ideyaları ilə xalqımızın qəlbində yaşayır. Bu gün Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz ümummilli lider Heydər Əliyevin zəngin siyasi-ictimai irsinin davam etdirilməsinin, ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Heydər Əliyevin zəngin siyasiictimai irsinin, dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması bütün Azərbaycan xalqının ümdə istəyidir. Hər bir Azərbaycan vətəndaşı Heydər Əliyev irsinin öyrənilməsinin vacibliyini dərk edir. Çünki Heydər Əliyev irsinin öyrənilməsi ümummilli liderin mahiyyətində xəlqilik və bəşərilik dayanan ideyalarının yaşaması, davam etdirilməsi və bütövlükdə Azərbaycan dövlətçiliyinin, cəmiyyətinin, ictimai-siyasi və mədəni həyatımızın inkişafı deməkdir.

Sumqayıtda Heydər Əliyevin irsi layiqincə öyrənilir və təbliğ edilir. Hazırda şəhərdə yeni təməli qoyulan Heydər Əliyev Mərkəzinin tezliklə fəaliyyətə başlaması bu işdə abşeronluların əsas istinadgahları olacaq. Bu mərkəz həm özünün unikallığı, həm də böyüklüyü ilə seçiləcək, şəhərə xüsusi yaraşıq verəcək. Ümummilli liderin adını daşıyan parkda tikilən mərkəzin binası dörd mərtəbədən ibarət olacaq. Burada 400 nəfərlik akt zalı, nikah mərasimlərinin keçiriləcəyi zal, gənclər üçün müzakirə və diskussiya zalları, elektron kitabxana da yaradılacaq. Möhtəşəm görünüşü ilə də göz oxşayacaq mərkəzdə linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı fəaliyyət göstərəcək.

Ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli və mənalı ömür yolunun gənc nəsil, yeniyetmələr, məktəblilər arasında təbliğ edilməsi, öyrənilməsi günümüzün vacib məsələlərindən biridir. Gənc nəsli, uşaq və yeniyetmələri milli, mənəvi, əxlaqi dəyərlərimizə sevgi ruhunda tərbiyə etmək üçün biz Heydər Əliyev şəxsiyyətinə daha çox müraciət etməli və bu dahi insanın həyatının əbədi milli örnək kimi geniş təbliğ olunmasına çalışmalıyıq. Eyni zamanda, Heydər Əliyev ideya irsinin gənc nəslə təbliğatının yeni metodları hamımızı düşündürməli, yeni təşəbbüslər irəli sürülməlidir. Heydər Əliyev irsinin öyrənilməsi özlüyündə yaradıcı bir prosesdir. Odur ki, ölkəmizin hər yerində olduğu kimi, sumqayıtlılar da Heydər Əliyev şəxsiyyətini özlərinin gələcək karyeralarında, ömür yolunda mayak kimi qəbul edirlər. Heydər Əliyev irsi onlar üçün milli örnək simvoludur. Yaxın vaxtlarda bu mərkəzin fəaliyyətə başlaması Heydər Əliyev irsinin təbliği istiqamətində şəhərdə görülən işləri yeni mərhələyə qaldıracaq.

 

Sumqayıt bulvarı yenidən qurulur

 

Prezident İlham Əliyev 2011-ci ilin iyulunda Sumqayıta səfəri zamanı şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə demişdi: “Sumqayıt şəhərində mütləq bulvar olmalıdır. Bu bulvar Bakı bulvarının standartlarına uyğun olmalıdır”.

Artıq Sumqayıtda Bakı bulvarının standartlarına uyğun yeni bulvarın da salınmasına başlanılıb. Nəsimi adına Dənizkənarı Mədəniyyət və İstirahət Parkı da Sumqayıtda əsaslı quruculuq və yenidənqurma işlərinə başlanıldığı ünvanlardan biridir. Çünki bu park bulvarın əsas hissələrindən birini təşkil edəcək. Hazırda Nəsimi adına Dənizkənarı Mədəniyyət və İstirahət Parkı ilə birlikdə 106 hektar ərazini əhatə edən, uzunluğu 4,2 kilometr olacaq yeni bulvarda tikinti işləri sürətlə aparılır.

Gənclər şəhəri üçün böyük əhəmiyyət kəsb edən bulvarın ərazisi yenidənqurmadan sonra daha geniş olacaq. Ərazidə dənizə qarşı hündürlüyü 1 metr 60 santimetr, uzunluğu 3700 metr olan istinad divarı tikilir. Hər 100 metrdən bir çimərliyə ikitərəfli pilləkənlər qoyulacaq.

Qeyd edək ki, Nəsimi adına Dənizkənarı Mədəniyyət və İstirahət Parkı həm ərazisinə, həm də landşaftına görə ölkəmizdə mövcud olan əksər parklardan seçilir. Bu parkın Azərbaycandakı ən böyük parklardan biri olması ilə yanaşı, çimərliyə birbaşa çıxışının olması onu Bakı bulvarından fərqləndirir. Qeyd edək ki, Sumqayıt sakinlərinin, eləcə də şəhərə gələn qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün yeni bulvarda bir neçə istiqamətdə müasir tələblərə cavab verən ticarət və əyləncə mərkəzləri, kinoklub, idman infrastrukturu, yaşayış binaları tikiləcək. Çimərlik zonasında da əsaslı işlər görüləcək. Abadlaşacaq park və salınacaq bulvar yaşıllıqlarla yanaşı, şəhər sakinlərinin və qonaqların ən çox üz tutduğu istirahət məkanlarından biri olacaq. Bütövlükdə Sumqayıt bulvarı özünəməxsus gözəlliyi ilə hər kəsin diqqətini cəlb edəcək. Nəsimi adına Dənizkənarı Mədəniyyət və İstirahət Parkında aparılan abadlıq və quruculuq işlərinin və yeni bulvarın yaradılmasının bir il müddətinə başa çatdırılması nəzərdə tutulub. Artıq onların layihələri də hazırdır.

 

Şəhərin siması yenilənir

 

Sumqayıtın simasına rəng qatacaq yeni ünvanlardan biri də təməli qoyulan Şahmat Mərkəzi olacaq. Müasir standartlara cavab verəcək mərkəz şəhərin 9-cu mikrorayonunun ərazisində yerləşən Heydər Əliyev Parkında inşa ediləcək. İkimərtəbəli binada yarış zalı, sinif otaqları, kompüterelektron kitabxana otağı, oyunların canlı izlənməsi zalı və digər otaqlar yaradılacaq.

Hazırda Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən daxili imkanlar hesabına bina fasadlarının üzlənməsi işləri gedir. İşlər əsasən Heydər Əliyev və Azərbaycan prospektlərindəki binalarda aparılır. İndiyədək 5600 kvadratmetr sahədə 13 yaşayış binası üzlənmişdir. Aqlayla üzlənən bu binalar şəhərin memarlıq estetikasında yeni bir mərhələnin olacağı ümidlərini yaradır. Onu da qeyd edək ki, fasadlama işləri zamanı binaların tarixi memarlıq elementlərinə, üslubuna, dizayn və naxışlarına toxunulmur. Bundan əlavə, 9 mərtəbəli binaların üz fasadlarının yenidən rənglənməsi və dam örtüklərinin fransız mansardları ilə yenidən qurulması işləri aparılır. Artıq 18-ci mikrorayonda 35 yaşayış binasına dəmir konstruksiyalı üzlük vurulub.

Şəhər rəhbərliyinin diqqət yetirdiyi əsas məsələlərdən biri də körpələr evləri və uşaq bağçalarıdır. Nəzərə alsaq ki, artıq havalar soyuyubona görə uşaq bağçalarının istiliklə təmin olunması bu sahədə təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edib. Bu məqsədlə şəhər rəhbərliyinin qayğısı sayəsində qısa müddətdə, xüsusən son bir ayda Sumqayıtdakı 56 uşaq bağçasından 48-nin dam örtüyü əsaslı təmir olunubistilik sistemləri quraşdırılıb. Yeri gəlmişkən, şəhərdə istilik təchizatının daha da yaxşılaşdırılması üçün qazanxanalar yenidən qurulur, modul tipli qazanxanalar istifadəyə verilir.

Bu gün hər bir şəhər sakini aparılan abadlıq və quruculuq işlərinin nəticəsində gündən-günə gözəlləşən şəhərdən, sözün əsl mənasında, zövq alır. Bu onun göstəricisidir ki, Prezident İlham Əliyevin tapşırığı ilə ölkə boyu aparılan abadlıq və quruculuq işləri burada ən yüksək səviyyədə öz təzahürünü tapmaqdadır. Əminliklə deyə bilərik ki, Sumqayıtın inkişafı və yüksəlişi üçün həyata keçirilən yeni proqram və layihələrin nəticəsində bu şəhər nəinki respublikamızın, hətta Avropanın və dünyanın ən gözəl diyarlarından birinə çevriləcək.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan. - 2015.- 4 dekabr.- S.7.