Musiqiyə həvəs göstərənlərin sayı artır

 

Son illər muxtar respublikada yeni mədəniyyət müəssisələri, muzeylər, kitabxanalar, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri tikilərək istifadəyə verilir. Belə məktəblərdən biri də Sədərək Rayon Uşaq Musiqi Məktəbidir. Məktəbdə xalq çalğı alətləri, fortepiano və nəzəri fənlər şöbələrində şagirdlərə tar, kamança, klarnet, qarmon, nağara, fortepianovokal olmaqla 6 ixtisas öyrədilir. 144 şagirdin musiqi təhsili ilə 36 müəllim məşğul olur. Xüsusi qeyd olunmalı məqamlardan biribudur ki, müəllimlərin hər biri elə bu məktəbin yetirmələridir. Müəllimlərdən Ramiz Əliyev, Aydın Qaybalıyev, Sənan Cəlilzadə, Zəhra Nağıyeva, Vəfa Həsənova, Şirxan Səfərzadə, Zaur Abbasov, Hüseyn Cəfərov, Vüqar Səlimzadə və digərləri bu ünvana üz tutan şagirdlərin musiqi vərdişlərinə yiyələnmələri üçün səylə çalışırlar.

Ötən il muxtar respublikada xalq yaradıcılığı günləri ərəfəsində keçirilən festivalda Zaur Abbasovun rəhbərlik etdiyiNağaraçalanlar” ansamblı birinci yerə layiq görülmüşdür. Bu ilbir neçə müsabiqədə iştirak edən yeniyetmə sədərəkli məktəbli musiqiçilər müxtəlif nominasiyada fəxri yerlərə layiq görülmüşlər.

Yeni musiqi məktəbi binasının açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi, uşaq və gənclərin asudə vaxtının səmərəli təşkili, qabiliyyətlərinin istedada çevrilməsi üçün ilk növbədə şərait olmalıdır. Yaradılan bu şəraitin, bu qayğının nəticəsidir ki, yeni binanın istifadəyə verilməsindən sonra Sədərək rayonunda musiqiyə həvəs göstərənlərin sayı artıb.

 

Elxan MƏMMƏDOV,

 

Azərbaycan. - 2015.- 4 dekabr.- S.8.