“Əl-Bərq” nəşri: Azərbaycanın paytaxtı ISESCO Baş konfransının XII sessiyasına ev sahibliyi edib

 

İordaniyanın nüfuzluƏl-Bərqnəşrində AZƏRTAC-ın xüsusi müxbiri Asya HacızadəninAzərbaycanın paytaxtı Bakı ISESCO-nun (İslam Təhsil, Elm Mədəniyyət Təşkilatı) Baş Konfransının XII sessiyasına ev sahibliyi edibsərlövhəli məqaləsi dərc olunub.

Məqalədə qeyd edilir ki, 1991-ci ildə dövlət müstəqilliyi bərpa olunmuş Azərbaycan o vaxtdan ISESCO-nun üzvüdür bu təşkilatla əməkdaşlığa böyük əhəmiyyət verir. Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin birinci xanımı Mehriban Əliyevanın səyləri sayəsində Azərbaycan ilə ISESCO arasında münasibətlər uğurlu inkişaf mərhələsinə qədəm qoyub. 2006-cı ildə Azərbaycanın birinci xanımına ISESCO-nun xoşməramlı səfiri adı veriləndən sonra bu münasibətlər xüsusilə intensivləşib. Hazırda əməkdaşlıq ən yüksək səviyyədədir, ölkəmizlə ISESCO arasında bir sıra müştərək layihələr həyata keçirilir. Səmərəli əməkdaşlıq bundan sonra da davam edəcək.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin ISESCO-nun Baş Konfransının XII sessiyasının açılışındakı çıxışında söylədiyi mühüm bəyanatlar, o cümlədən terrorizmin İslamla əlaqələndirilməsinin qəbuledilməzliyi İslamın sülh, mərhəmət dostluq dini olması barədə bəyanatları şərh edilir.

Nəşrdə dövlətimizin başçısının söylədiyi bu sözlər xüsusi vurğulanır ki, Azərbaycan islamofobiyaya qarşı həmişə açıq mübarizə aparır İslam mədəniyyətinin xaricdə yayılmasına böyük əhəmiyyət verir, islami dəyərləri dünyaya təqdim etmək üçün həmişə fəal aparır, İslam həmrəyliyinin möhkəmlənməsinə xidmət edir. İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan fəxr edir ki, dünyada ən qədim məscidlərdən olan Şamaxı məscidi Azərbaycanda yerləşir. Nəşrdə qeyd olunur ki, dövlətimizin başçısı 2017-ci ildə Bakıda İslam Həmrəylik Oyunları keçiriləcəyinə diqqəti cəlb edib. O vurğulayıb ki, həmin Oyunlar idman aləmində böyük hadisə olacaq.

Məqalədə daha sonra qeyd edilir ki, Prezident İlham Əliyev ISESCO-nun fəaliyyətini yüksək qiymətləndirir. O bildirib ki, son illərdə ISESCO dünya miqyasında mühüm beynəlxalq təşkilata çevrilib. Dövlətimizin başçısı konfrans iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, bu münaqişənin tənzimlənməsi məsələsində Azərbaycanın ədalətli mövqeyini daim birmənalı şəkildə dəstəkləyən ISESCO-nun mövqeyini yüksək qiymətləndirir.

Nəşrdə ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin sözləri sitat gətirilir. Əl-Tuveycri bildirib ki, Azərbaycan bütün İslam dünyasında müasir dövlət nümunəsi ola bilər, bu gün Azərbaycan Respublikası inkişaf etmiş dövlət kimi çox ölkə üçün nümunə ola bilər. Onun sözlərinə görə, Azərbaycan öz tarixi dəyərlərinə istinad edərək dinc yanaşı yaşama prinsipini təşviq edir, sülhün sosial ədalətin təmin olunmasında uğurlar qazanır.

Nəşrdə daha sonra ISESCO-nun baş direktorunun çıxışından əsas tezislər şərh edilir. Baş direktor həmin sessiyadakı çıxışında təşkilatın son illərdə qazandığı nailiyyətlər uğurlar barədə, müsəlman ölkələrində təhsil, elm, mədəniyyət kommunikasiyalar sahəsində tərəqqiyə inkişafa yönəlmiş səylər, habelə təşkilatın planları vəzifələri haqda məlumat verib. Məqalədə xüsusi qeyd olunub ki, ISESCO-nun baş direktoru Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğal edilmiş ərazilərində Ermənistan tərəfindən törədilmiş cinayətləri kəskin pisləyib. Əl-Tuveycri ISESCO-nun üzvü olan ölkələri dünya birliyini Azərbaycanın ədalətli mövqeyini dəstəkləməyə, işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsinin zəruriliyi barədə onunla həmrəy olmağa çağırıb. Əl-Tuveycri bu məsələdə bütün beynəlxalq məkanlarda Azərbaycan hökumətini dəstəkləməyə səsləyib.

Sonda vurğulanır ki, yaxın gələcəkdə Azərbaycanın paytaxtında ISESCO-nun regional mərkəzi yaradılacaq.

 

Azərbaycan.- 2015.- 5 dekabr.- S.1.