Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət

 

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu dekabrın 4-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Tanınmış dövlət xadimiictimai xadim Əziz Əliyevin və istedadlı həkim-alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyulub.

 

Azərbaycan.- 2015.- 5 dekabr.- S.2.