“ADA” Universitetində görüş

 

Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu dekabrın 4-də “ADA” Universitetində olub.

Baş nazir Əhməd Davudoğlunu qonaqları “ADA” Universitetində salamlayan rektor, xarici işlər nazirinin müavini Hafiz Paşayev bildirib ki, Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə inkişafında diplomatların da rolu böyükdür. Rəhbəri olduğu təhsil ocağı haqqında məlumat verən Hafiz Paşayev hazırda Türkiyənin bir çox universitetləri ilə əməkdaşlıq etdiklərini vurğulayıb. Hafiz Paşayev Baş nazir Əhməd Davudoğlunun ictimai-siyasi fəaliyyəti barədə auditoriyanı məlumatlandırıb. Rektor Baş nazir Əhməd Davudoğlunun Universitetə gəlişini tarixi hadisə adlandırıb.

Türkiyə-Azərbaycan strateji tərəfdaşlığı qlobal çağırışlar qarşısındaadlı mühazirəsində Türkiyənin Baş naziri Əhməd Davudoğlu ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin olduğunu bildirərək deyib: “Bizim münasibətlər istənilən iki ölkə arasında olan əlaqələrdən çox fərqli xüsusi bir yerə sahibdir. Bunun ən yaxşı ifadəsini ulu öndər Heydər ƏliyevBir millət, iki dövlət”, şairimiz Bəxtiyar VahabzadəTürkiyə Azərbaycan, bir ananın iki oğludeyərək qeyd ediblər. Azərbaycan Türkiyə bir ailədir. Biz ayrılmaz münasibətlərə sahibik”.

Ölkələrimiz arasında sıx iqtisadi əlaqələrin olduğunu söyləyən Baş nazir qeyd edib ki, hədəfimiz qarşılıqlı sərmayə qoyuluşunu qısa müddətdə 20 milyard dollara, hazırda 5 milyard dollar olan ticarət dövriyyəmizi isə 15 milyard dollara çatdırmaqdır.

Türkiyənin Baş naziri ölkəsinin yürütdüyü xarici siyasətdən geniş bəhs edib. Qeyd edib ki, Türkiyənin yürütdüyü xarici siyasətin əsasında insanlıq diplomatiyası durur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına toxunan Əhməd Davudoğlu Türkiyənin Azərbaycanın ədalətli mövqeyini həmişə dəstəklədiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunan torpaqlarının hər bir qarışının geri qaytarılmasında Türkiyə ölkəmizin yanındadır. Əhməd Davudoğlu Azərbaycan ilə Türkiyənin Qafqazda daimi sülh yaratmaq niyyətində olduqlarını bildirib. Baş nazir regionda reallaşan, Türkiyə Azərbaycanın əsas rol oynadıqları Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi layihələrin əhəmiyyətindən danışıb, eyni zamanda, TAP, TANAP layihələrinin regionun inkişafına verəcəyi töhfələrdən bəhs edib.

Sonda Baş nazir Əhməd Davudoğlu ADA Universitetinin tələbələrinin suallarını cavablandırıb.

 

AZƏRTAC

 

Azərbaycan. - 2015.- 5 dekabr.- S.2.