Səfər başa çatdı

 

Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun Azərbaycan Respublikasına rəsmi səfəri dekabrın 4-də başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyənin Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunu və xanımı Sare Davudoğlunu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola saldılar.

 

AZƏRTAC

 

Azərbaycan. - 2015.- 5 dekabr.- S.2.