Milli Məclisin təbii ehtiyatlar, energetikaekologiya komitəsinin iclası keçirilib

 

Dekabrın 4-də beşinci çağırış Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin yeni tərkibdə ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə “Yerin təki haqqında” və “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri daxil olub.

Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetikaekologiya komitəsinin sədri Valeh Ələsgərov dəyişikliklər barədə məlumat verib.

Bildirilib ki, “Yerin təki haqqında” Qanuna təklif olunan dəyişiklik “Azərbaycan Respublikasının su Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədini daşıyır. Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Qanuna dəyişikliyin məqsədi isə “Dəniz limanları haqqında” Qanunun tətbiqi və “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Prezidentinin Fərmanının icrasının təminidir.

Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Qanunun birinci maddəsinə edilən dəyişikliyə əsasən buradakı “limanlarsözüsu mühiti ilə qarşılıqlı təsirdə olan, dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi və gəmilərin dayanması üçün nəzərdə tutulmuş mühəndis-texniki qurğular” sözləri ilə əvəzlənir.

Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

Azərbaycan. - 2015.- 5 dekabr.- S.2.