Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, ¹ 16, maddə 694; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 3, maddələr 171, 226, ¹ 4, maddə 287; 1998, ¹ 1, maddə 16; 2001, ¹ 12, maddə 736; 2002, ¹ 6, maddə 328, ¹ 12, maddə 692; 2003, ¹ 1, maddə 16; 2005, ¹ 8, maddə 684; 2009, ¹ 5, maddə 314, ¹ 7, maddələr 512, 517; 2011, ¹ 2, maddə 71, ¹ 7, maddə 604; 2013, ¹ 3, maddə 217, ¹ 4, maddə 355; 2015, ¹ 4, maddələr 364, 367; Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1350-IVQD nömrəli Qanunu) 21-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. maddənin adı aşağıdakı redaksiyada verilsin:

Maddə 21. Dini ayinlər, mərasimlər atributlar”;

2. üçüncü hissə aşağıdakı redaksiyada verilsin:

İslam dininə aid ayin mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına İslam dininə aid ayin mərasimlərin aparılması qadağandır.”;

3. aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:

İbadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz idarələrin qapalı yerlərində yerləşdirilə bilər.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 dekabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 6 dekabr.- S. 2.