Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində dəyişiklik
edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 4, II kitab, maddə 251, ¹ 5, maddə 323, ¹ 12, maddə 835; 2001, ¹ 1, maddə 24, ¹ 7, maddə 455; 2002, ¹ 1, maddə 9, ¹ 5, maddələr 236, 248, 258, ¹ 6, maddə 326, ¹ 8, maddə 465; 2003, ¹ 6, maddələr 276, 279, ¹ 8, maddələr 424, 425, ¹ 12, I kitab, maddə 676; 2004, ¹ 1, maddə 10, ¹ 4, maddə 200, ¹ 5, maddə 321, ¹ 8, maddə 598, ¹ 10, maddə 762, ¹ 11, maddə 900; 2005, ¹ 1, maddə 3, ¹ 6, maddə 462, ¹ 7, maddə 575, ¹ 10, maddə 904, ¹ 11, maddə 994; 2006, ¹ 2, maddələr 71, 72, 75, ¹ 5, maddə 390, ¹ 12, maddələr 1008, 1020, 1028; 2007, ¹ 2, maddə 68, ¹ 5, maddə 398, ¹ 6, maddələr 560, 562, 579, ¹ 8, maddə 757, ¹ 10, maddələr 937, 941, ¹ 11, maddələr 1049, 1080, 1090, ¹ 12, maddə 1221; 2008, ¹ 6, maddələr 454, 461, ¹ 7, maddə 602, ¹ 10, maddə 884, ¹ 12, maddələr 1047, 1049; 2009, ¹ 5, maddə 315, ¹ 7, maddə 517, ¹ 12, maddə 953; 2010, ¹ 2, maddə 70, ¹ 3, maddələr 171, 178, ¹ 4, maddələr 275, 276, ¹ 7, maddə 591; 2011, ¹ 4, maddə 253, ¹ 6, maddə 472, ¹ 7, maddələr 587, 601, 621, ¹ 11, maddə 980, ¹ 12, maddə 1093; 2012, ¹ 2, maddə 45, ¹ 3, maddələr 193, 196, ¹ 7, maddələr 666, 669, 673, ¹ 11, maddə 1068, ¹ 12, maddə 1223; 2013, ¹ 1, maddə 14, ¹ 2, maddə 102, ¹ 4, maddə 364, ¹ 5, maddələr 459, 479, 481, ¹ 6, maddələr 594, 600, ¹ 11, maddələr 1264, 1286, 1312, ¹ 12, maddə 1492; 2014, ¹ 2, maddələr 89, 95, ¹ 4, maddə 327, ¹ 6, maddələr 618, 622; 2015, ¹ 4, maddələr 339, 359, 368, ¹ 5, maddələr 504, 508, 510, ¹ 6, maddələr 678, 690, 692; Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1336-IVQD, 6 oktyabr tarixli 1361-IVQD, 20 oktyabr tarixli 1396-IVQD və 1406-IVQD nömrəli qanunları) aşağıdakı məzmunda 168-1-ci maddə əlavə edilsin:
“Maddə 168-1. Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma
168-1.1. İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılması -
iki min manatdan beş min manatadək miq
darda cərimə və ya bir
ilədək müddətə
azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
168-1.2. Əcnəbi və ya vətəndaşlığı
olmayan şəxs tərəfindən dini təbliğat aparılması
-
bir ildən iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
168-1.3. Bu
məcəllənin 168-1.1-ci və 168-1.2-ci maddələrində
nəzərdə tutulmuş
əməllər:
168-1.3.1. təkrar törədildikdə;
168-1.3.2. qabaqcadan əlbir olan bir qrup
şəxs və ya mütəşəkkil
dəstə tərəfindən
törədildikdə -
iki ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
4 dekabr 2015-ci il
Azərbaycan.- 2015.- 6 dekabr.- S. 3.