E.S. Süleymanovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının parlamentlərarası əlaqələrinin genişləndirilməsində fəal iştirakına görə Elxan Sirac oğlu Süleymanov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 5 dekabr 2015-ci il

 

Azərbaycan. - 2015.- 6 dekabr.- S.4.