Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu,
“Günəşli” dəniz yatağındakı platformada baş vermiş faciə barədə xəbər Sizin kədərinizə şərik olan belarusluları qəlbən sarsıtdı.
Hörmətli İlham Heydər oğlu, Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Azərbaycan xalqına Belarus xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanların hamısına tezliklə sağalmağı arzu edirəm.
Hörmətlə,
Aleksandr Lukaşenko
Belarus Respublikasının
Prezidenti
Minsk, 6 dekabr
2015-ci il.
Azərbaycan. - 2015.- 8 dekabr.- S.1.