Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu,

Xəzər dənizinin “Günəşli” yatağındakı neft platformasında insan tələfatı ilə nəticələnmiş yanğın haqqında xəbər məni dərindən kədərləndirdi.

Cənab Prezident, xahiş edirəm, həlak olanların doğmalarına və yaxınlarına Tacikistan Respublikasının xalqı və Hökuməti adından dərin hüznlə başsağlığı verdiyimizi, dərdlərinə şərik olduğumuzu bildirin.

Hörmətlə,

 

Emoməli Rəhmon

Tacikistan Respublikasının Prezidenti

Düşənbə şəhəri, 7 dekabr 2015-ci il.

 

Azərbaycan. - 2015.- 8 dekabr.- S.1.