Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu,

“Günəşli” yatağındakı platformada baş vermiş faciə ilə əlaqədar Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm. Həlak olanların doğmalarının və yaxınlarının dərdlərinə şərik olduğumuzu bildirir, xəsarət alanların hamısının tezliklə sağalmasını diləyirik.

Dərin hüznlə,

 

Almazbek Atambayev

Qırğız Respublikasının Prezidenti

Bişkek, 7 dekabr 2015-ci il.

 

Azərbaycan. - 2015.- 8 dekabr.- S.1.