Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri,
Xəzər dənizinin Azərbaycana aid sularında yerləşən neft platformasında baş vermiş faciəli yanğın hadisəsindən çox məyus olduq.
Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Azərbaycan xalqına və Sizə dərin hüznlə başsağlığı verirəm.
Zati-aliləri, həlak olanların ailələrinə də başsağlığımızı və kədərimizi çatdırmağınızı xahiş edirik. Bu hüznlü vaxtda bizim düşüncələrimiz və dualarımız onlarla birlikdədir.
Yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Draqan Çoviç
Bosniya və Herseqovina
Rəyasət Heyətinin sədri
Sarayevo, 7 dekabr
2015-ci il.
Azərbaycan. - 2015.- 8 dekabr.- S.1.