Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri,cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu,

Xəzər dənizindəki 10 saylı platformada çoxsaylı insan tələfatı ilə nəticələnmiş faciəli hadisələrlə əlaqədar Sizə dərin hüznlə başsağlığı verirəm.

Həlak olanların doğmalarına və yaxınlarına bütün Həştərxan sakinləri adından onların dərdlərinə şərik olduğumuzu bildiririk.

Sizinlə bərabər biz də dərin kədər içindəyik.

Hörmətlə,

 

Aleksandr Jilkin

Həştərxan vilayətinin qubernatoru

Həştərxan, 7 dekabr 2015-ci il.

 

Azərbaycan. - 2015.- 8 dekabr.- S.1.