Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident,

“Günəşli” yatağındakı neft platformasında yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar bp şirkəti adından dərin hüznlə başsağlığımızı qəbul edin.

Sizə və Azərbaycan xalqına dərindən kədərləndiyimizi bildirir, bütün xəsarət alanlara tezliklə sağalmalarını arzu edirik.

Bu çətin vaxtda bp daimitam dəstək göstərərək SOCAR-la birgə olduğunu bəyan edir.

Həlak olan işçilərin ailələrinə səbr diləyirik.

Hörmətlə,

 

Bob Dadli

bp şirkətinin prezidenti

 

Azərbaycan. - 2015.- 8 dekabr.- S.1.