Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Möhtərəm İlham Heydər oğlu,
Xəzər dənizinin “Günəşli” yatağındakı platformada baş vermiş faciəli hadisələr barədə xəbər bizi sarsıtdı. İcazə verin, Sizə və Azərbaycan Respublikasının bütün xalqına dərin hüznlə başsağlığı verək. Həlak olanların ailələrinin kədərinə şərik olduğumuzu bildirir, onlara səbir diləyirik. Bu itki təkcə həlak olanların doğmaları və yaxınları üçün deyil, bizim hamımız üçün əvəzsiz itkidir. Bu ağır günlərdə biz rusiyalılar da azərbaycanlı dostlarımızın yanındayıq. Qəza nəticəsində xəsarət alanların hamısının tezliklə sağalmasını arzu edirik.
Rusiya-Azərbaycan Dostluq Mərkəzinin kollektivi adından hörmətlə,
Dmitri Savelyev
RF Dövlət Dumasının deputatı,
Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri
Rusiya Federasiyası, Moskva
şəhəri.
Azərbaycan. - 2015.- 8 dekabr.- S.1.