Prezidentin Mətbuat Xidmətinin
məlumatı
Dekabrın 6-da Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Türkiyə Prezidenti
“Günəşli” yatağında baş
vermiş qəza nəticəsində
insanların həlak olması ilə bağlı dövlətimizin
başçısına, mərhumların ailə üzvlərinə
və yaxınlarına başsağlığı verib. Azərbaycan Prezidenti
göstərilən diqqətə və
başsağlığına görə minnətdarlığını
bildirib.
Azərbaycan. - 2015.- 8 dekabr.- S.1.