Gürcüstanın Baş naziri: Qardaş Azərbaycan xalqının kədərini bölüşürük

 

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə bağlı bəyanatında bildirib: “Biz bu ağır gündə qardaş Azərbaycan xalqının yanındayıq və kədərini bölüşürük”.

İrakli Qaribaşvili faciə ilə əlaqədar həlak olanların ailələrinə, bütövlükdə Azərbaycan xalqına başsağlığı verib.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

 

Azərbaycan. - 2015.- 8 dekabr.- S.1.