Baş nazir Artur Rasizadə SOCAR-da müşavirə keçirib
Dekabrın 6-da Azərbaycan Respublikasının
Baş naziri, “Günəşli” yatağının
10 saylı stasionar dərin dəniz özülündə baş
vermiş qəza ilə əlaqədar yaradılmış Dövlət
Komissiyasının sədri
Artur Rasizadə SOCAR-da olub, “Günəşli”
yatağındakı 10 saylı
stasionar dəniz özülündə baş
vermiş qəza ilə əlaqədar müşavirə keçirib.
SOCAR-dan AZƏRTAC-a bildiriblər
ki, müşavirədə
Azərbaycan Respublikasının
fövqəladə hallar
naziri Kəmaləddin
Heydərovun, “Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin, Azərbaycan Respublikası Dövlət
Sərhəd Xidmətinin
rəisi Elçin Quliyevin, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin qəzanın aradan qaldırılması
və itkin düşənlərin axtarışı
ilə əlaqədar
hesabatları dinlənilib,
Baş nazirin sualları cavablandırılıb.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə qəzanın aradan
qaldırılması, yanğının söndürülməsi
və xilasetmə işlərinin sürətləndirilməsi
ilə bağlı aidiyyatı dövlət qurumlarının
rəhbərlərinə tapşırıqlar verib.
Azərbaycan. - 2015.- 8 dekabr.- S.1.