Matəmlə əlaqədar mədəniyyət müəssisələri fəaliyyətlərini dayandırıb

 

Məlum olduğu kimi, Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasında matəm elan edilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar, Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olan teatrkonsert müəssisələrində tamaşa və konsertlər ləğv edilib, Nizami Kino Mərkəzində bütün filmlərin yayımı dayandırılıb.

 

Azərbaycan. - 2015.- 8 dekabr.- S.10.