Ürəklərdə yaşayan ad

 

Kələxan kəndi Lerikin çox da böyük olmayan qədim insan məskənidir. Göz işlədikcə meyvə bağları uzanır. Çəmənlərində, yamaclarında bitən otlar, bulaqlarından və kəhrizlərindən axan sular can dərmanıdır. Torpaqları bərəkətli, adamları zəhmət qədrini bilənlərdir.

Kəndi şöhrətləndirən təkcə təbiəti deyil, həm də ağsaqqalları, ağbirçəkləri, qeyrətli ziyalıları, alimləridir. Onlardan biri hamının “dayı” deyə çağırdığı Həmzə Mirələm oğlu olub.

Həmzə Mirələm oğlu kəndin uzunömürlü sakinlərindən idi. 1915-ci ildə anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra ucqar kəndlərin birində müəllim işləmişdi. 20 yaşında sovet işinə irəli çəkilmişdi. O, ÇayrudLerik kəndlərində (indiki Lerik şəhəri) sovet sədrinin müavini işləmişdi. Müharibənin başlanması xəbərini də başında eşitmişdi. Ertəsi gün rayon mərkəzinə gəlib məsul vəzifədə çalışan əmisi oğlu Feyruz Şıxəliyevlə görüşmüşdü. Onlar xeyli söhbətdən sonra cəbhəyə getmək qərarına gəlmişdilər. Hərbi komissarlığa gedib ərizə yazmışdılar. Bir həftədən sonra Bakıya yola düşmüşdülər.

Həmzə Mirələm oğlunun xatirə dəftərindən: “Respublika hərbi komissarlığında sənədlərimizi nəzərdən keçirdilər. Feyruzu da, məni də Tbilisidəki Hərbi Komandirlər Məktəbinə göndərdilər. Altı ay oxuduq. Ayrılıq günləri yaxınlaşırdı. Feyruzun darıxdığını hiss edirdim. Evdə qoca anası, üç uşağı qalmışdı. Nəhayət, cəbhəyə yola düşmək əmrini aldıq. Feyruzu üçüncü Ukrayna cəbhəsinə, məni 416-cı diviziyaya göndərdilər. 1942-ci ilin fevralında Feyruzla vidalaşıb ayrıldıq”.

Həmzə Mirələm oğlunun döyüş yolu Mozdokdan başlanır. Ona rota komandirinin müavini vəzifəsi tapşırılır. Müharibənin son gününədək andına sadiq qalır, el-obasına başucalığı gətirir. Bunu onun evində saxlanılan şəxsi arxivindəki təşəkkür məktublarından, cəbhə qəzetlərindən, əsgər dostlarının xatirələrindən görmək olur. Ali Baş Komandanın təşəkkür məktubunda leytenant Həmzənin Odessanın faşistlərdən azad edilməsindəki igidliyi yüksək qiymətləndirilir.

Gənc zabit iki dəfə yaralanıb hərbi hospitala düşür, yenidən cəbhəyə qayıdır. Mogilyov şəhərində Piyadaların Hərbi Məktəbini bitirir. 248-ci diviziyanın 5-ci zərbə ordusunun sərəncamına göndərilir rota komandiri təyin edilir. Döyüş yolu Ukraynadan Moldaviyadan keçir, Polşadan Almaniyaya qədər uzanır. Visla çayını keçərkən dörd nəfər döyüşçünün həyatını xilas etdiyinə görə ona kapitan rütbəsi verilir, “Qırmızı Ulduzordeni ilə təltif olunur.

Berlin təslim olur. Reyxstaq divarlarına həmyerlilərimiz imza atır. O, Berlinin alınmasında şücaətinə görə “Lenin” ordeni ilə təltif olunur. Qələbədən sonra bir müddət Berlində hərbi sahə komendantı işləyir.

1947-ci ildə doğma diyara qayıdan Həmzə Mirələm oğlu partiya sovet işində çalışır. Uzun illər kolxoz sədri, sovxoz direktoru işləyir. Bağlar saldırır, yollar çəkdirir, məktəblər, xəstəxana tikdirir, heyvandarlığı inkişaf etdirir. Əhalinin güzəranı yaxşılaşır, kəndlər abadlaşır. Qazanılmış uğurlara görə təsərrüfatın başçısı orden medallarla, respublika Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunur.

Həmzə Mirələm oğlu rayonun ictimai həyatında da fəallığı ilə seçilirdi. O, rayon sovetinin deputatı, sərhədçilərin etibarlı köməkçisi idi. Ömrünün son illərində rayon ağsaqqallar şurasının sədri seçilmişdi. 2009-cu ilin yayında 94 yaşında dünyasını dəyişmişdi. Ötən əsrin əllinci illərində Lerik şəhərində yaşadığı küçə indi onun adını daşıyır.

El-oba xeyirxah oğlunu unutmur. Bu günlərdə Həmzə Mirələm oğlunun 100 illik yubileyi ictimaiyyət tərəfindən qeyd olunub. Tədbirə respublikanın paytaxtından da qonaqlar gəlmişdi. Müharibə veteranı Daşdəmir Paşayev, rayon veteranlar şurasının sədri Hidayət Bəşirov, Prezident təqaüdçüsü Musa Bədəlov, ağsaqqallardan Elxan Nurullayev Qəhrəman Əliyev, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şıxəliyev Həmzə Mirələm oğlunun şərəfli ömür yolundan, xalqına Vətəninə xidmətindən söz açdılar.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Prezident İlham Əliyevin dünyasını dəyişmiş veteranların ailələrinə, ağsaqqallara göstərdiyi diqqət qayğısından danışdı.

Tibb elmləri üzrə fəlsəfə doktoru Alim Şıxəliyev atasının 100 illik yubileyinin təşkilatçılarına, tədbirin iştirakçılarına minnətdarlığını bildirdi.

 

Həmzə VƏLİMƏMMƏDOV,

Lerik Rayon Ağsaqqallar Şurasının sədri

 

Azərbaycan. - 2015.- 8 dekabr.- S.11.