Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rəsi-zadəyə

 

Hörmətli Artur Tahir oğlu,

“Günəşli” neft yatağındakı platformada baş vermiş faciəli hadisə nəticəsində insanların həlak olması ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verirəm.

Bu ağır günlərdə Sizin kədərinizə şərik olduğumu bildirir, həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verir, xəsarət alan insanların hamısının tezliklə sağalmasını arzu edirəm.

Hörmətlə,

 

Kərim Məsimov

Qazaxıstan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2015.- 9 dekabr.- S.1.