Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan
Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi
Qaydaları
Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 7 dekabr tarixli Fərmanı
ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan
Respublikası Vergi Məcəlləsinin
194.1-1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və aksiz markaları ilə markalanmalı olan malların Azərbaycan
Respublikasının ərazisində dövriyyəsi üçün zəruri şərtləri və
tələbləri müəyyən edir.
1.2.
Bu Qaydaların məqsədləri üçün pərakəndə
satış dedikdə bilavasitə sahibkarlıq fəaliyyəti
ilə bağlı olmayan, yalnız şəxsi, ailə, məişət
və digər bu kimi məqsədlər üçün
malların satışını həyata keçirən
ticarət fəaliyyəti başa düşülür.
2. Aksiz markaları ilə markalanmalı olan mallar
2.0. Bu Qaydaların məqsədləri
üçün aksiz
markaları ilə markalanmalı olan mallar aşağıdakılardır
(iaşə xidməti
göstərilən obyektlərdə
qablaşdırılmadan satılan
mallar istisna olmaqla):
2.0.1. içməli spirt;
2.0.2. spirtli içkilərin
bütün növləri;
2.0.3. pivə (alkoqolsuz
pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər;
2.0.4. tütün məmulatları.
3. Aksiz markası ilə markalanmalı olan malların dövriyyəsi ilə bağlı tələblər
3.1. Markalanmalı malların istehsal binasının hüdudlarından kənara
çıxarılması, idxalı və ya təqdim edilməsinə aşağıdakı
şərtlərə əməl
edildiyi hallarda yol verilir:
3.1.1. həmin malların
istehsalı, idxalı
və ya satışı bunun üçün
lisenziyası olan vergi ödəyiciləri tərəfindən həyata
keçirildikdə;
3.1.2. həmin malları
təqdim edən şəxs tərəfindən
malların dəyərinin
nağdsız qaydada ödənilməklə əldə
edilməsini təsdiq
edən sənədlər
mövcud olduqda (istehsalçılar tərəfindən
həmin malların təqdim edilməsi halları istisna olmaqla);
3.1.3. həmin malın
təqdim edilməsi (fiziki şəxslərin fərdi istehlakının
ödənilməsi məqsədi
ilə pərakəndə
ticarət və iaşə obyektlərində
təqdim edilmə halları istisna olmaqla) ciddi hesabat blankı ilə rəsmiləşdirildikdə
(istehsalçılar tərəfindən
həmçinin elektron
vergi hesab-fakturası ilə).
3.2. Markalanmalı malların (tütün məmulatlarının
pərakəndə satışı
istisna olmaqla) satılması və satış məqsədi
ilə alınması
zamanı həmin malların dəyərinin
nağd qaydada ödənilməsinə yol
verilmir.
3.3. Markalanmalı malları istehsal edən, idxal edən, satan və
alan (fərdi istehlakının ödənilməsi
məqsədi ilə alan fiziki şəxslər
istisna olmaqla) şəxslər həmin
malların əldə
edilməsini təsdiq
edən müvafiq sənədləri bu sahədə nəzarəti
həyata keçirən
Azərbaycan Respublikası
Vergilər Nazirliyinin əməkdaşlarına onların
tələbi ilə təqdim etməlidirlər.
Azərbaycan.- 2015.- 9 dekabr.- S. 3.