“Azərbaycan
Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi
(2005-2015)” Azərbaycan Respublikasının yubiley
medalı haqqında Əsasnamə
Azərbaycan
Respublikasının 2015-ci il 4 dekabr tarixli Qanunu ilə təsdiq edilmişdir
Maddə 1. Təltif edilən şəxslər
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, habelə mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsində fəal iştirak edən şəxslər təltif edilirlər.
Maddə 2. Təltif edən orqan
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
“Azərbaycan Respublikası
Fövqəladə Hallar Nazirliyinin
10 illiyi (2005-2015)” Azərbaycan
Respublikasının yubiley medalı döşün sol tərəfinə,
Azərbaycan Respublikasının digər orden
və medalları olduqda “Azərbaycan
Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi
(2005-2010)” Azərbaycan Respublikasının yubiley
medalından sonra taxılır.
Azərbaycan. - 2015.- 9 dekabr.- S. 3.