Yeni Azərbaycan Partiyasının gəncləri
həlak olmuş neftçilərin xatirəsini
yad ediblər
Yeni
Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) üzvləri
“Günəşli” yatağındakı 10 saylı
özüldə baş vermiş qəza nəticəsində
həlak olan neftçilərin xatirəsini yad etmək
üçün yürüş keçiriblər.
YAP GB-dən AZƏRTAC-a bildiriblər ki, Sahil bağından başlayan yürüşün iştirakçıları Dənizkənarı Milli Parka gələrək həlak olan neftçilərin xatirəsini ehtiramla yad edib, dənizin sahilinə gül dəstələri qoyub, ölənlərin ruhuna dualar oxuyublar.
Sonra gənclər
#PRAYFORAZERBAIJAN” həştəqi üçün
fləşmob keçiriblər.
Azərbaycan. - 2015.- 9 dekabr.- S.4.