“Günəşli”
yatağında həlak olanların xatirəsi Moskvada
anılıb
“Günəşli”
yatağının 10 saylı stasionar dərin dəniz
özülündə baş verən qəza nəticəsində
həlak olanların xatirəsi Rusiyanın paytaxtında da
anılıb.
Azərbaycanın Rusiyadakı səfirliyinin binası qarşısına gələnlər arasında səfirliyin əməkdaşları, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK), Rusiya Azərbaycanlı Gənclər Birliyinin, Rusiya-Azərbaycan Dostluq Mərkəzinin (RAD), Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının nümayəndələri var idi. Onlar faciəli hadisə barədə məlumatların yerləşdirildiyi lövhənin qarşısına gül dəstələri, neftçi dəbilqələri qoyublar.
Çıxış edənlər faciə qurbanlarının ailələrinə başsağlığı verib, yaralılara tezliklə sağalmalarını arzu ediblər.
Fəridə Abdullayeva
AZƏRTC-ın xüsusi müxbiri
Moskva
Azərbaycan. - 2015.- 9 dekabr.- S.4.