“Tolerantlıq
nümunəsi Azərbaycan”
“Multikulturalizm
Azərbaycanda həyat tərzidir. Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər
boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər
mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir”.
İlham ƏLİYEV
Hər bir millətin imzası onun milli-mənəvi dəyər və mədəniyyətini ehtiva
edir. Bəşəri mədəniyyət isə sivilizasiyaların qitələr, regionlar, xalqlararası əlaqələrin
genişlənməsi, bir-birini
zənginləşdirməsi və dərinləşdirməsi
sayəsində formalaşır.
Azərbaycan Avropa və Asiya qitələrinin təmas nöqtəsində
yerləşdiyi üçün
iki böyük sivilizasiya və mədəniyyətlərin əlaqələrində
bir körpü rolunu oynayır. Azərbaycan milli
və dini baxımdan həmişə
tolerant bir ölkə
olmuşdur. Tarixən dinlərin
və mədəniyyətlərin
qovşağı olmuş
ölkəmiz bu gün də öz missiyasını uğurla yerinə yetirir. Azərbaycan ərazisində məskunlaşmış
dini-etnik qruplar burada özlərini nəinki yad hesab etməmiş, hətta yerli əhali ilə qaynayıb-qarışmışlar. Fərqli dini konfessiya nümayəndələri hər
zaman Azərbaycan xalqı ilə həmrəy olmuş, bütün tarixi dövrlərdə etnik və dini icmalar
arasında möhkəm
dözümlülük əlaqələri
formalaşmış, milli,
dini və irqi zəmində heç bir ayrı-seçkilik faktı
qeydə alınmamışdır.
Tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin
tarixi-mədəni kökləri
mövcuddur. Azərbaycan xalqı daim
bu bölgədə yaşayan insanlar arasında sülh və əmin-amanlıq şəraitinin yaradılmasına
əvəzsiz tarixi töhfələr vermişdir.
Dözümlülük, başqa dinlərin
nümayəndələri ilə
dinc yanaşı yaşamaq azərbaycanlıların
milli mentalitetinin əsas xüsusiyyətlərindəndir.
Ölkəmizdə tarixən
islam dini
ilə yanaşı, xristianlıq dininə mənsub olan insanlar qarşılıqlı
anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində
yaşamışlar.
Fəxrlə qeyd edə bilərik
ki, bu gün
Prezident İlham Əliyevin məqsədyönlü
fəaliyyəti nəticəsində
ölkəmiz tolerantlıq,
multikulturalizm və dini maarifləndirmə ilə bağlı regional
və beynəlxalq konfransların, yüksək
səviyyəli forumların
keçirildiyi əsas
məkana çevrilib. Azərbaycanda dövlət-din münasibətlərinin
tənzimlənməsi sahəsində
həyata keçirilən
siyasət dünya ictimaiyyəti tərəfindən
diqqətlə izlənilir
və yüksək qiymətləndirilir. Prezident İlham
Əliyev demişdir ki, tolerantlıq artıq ölkəmizin vizit kartına çevrilib. Azərbaycanda milli və dini
dözümlülüyün, tolerantlığın yüksək
səviyyədə olması
faktdır və bu, bizim güc
mənbəyimizdir.
Bu gün ölkəmizdə
dövlət siyasətinin,
milli-mənəvi dəyərlərin,
azərbaycançılıq məfkurəsinin, tolerantlıq
nümunələrinin düzgün
şəkildə təbliğ
edilməsi istiqamətində
geniş işlər aparılır. 7-12 dekabr tarixlərində Binəqədi
rayon ərazisində yerləşən
təhsil müəssisələrində
Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm
və dini məsələlər üzrə
Dövlət Müşaviri
Xidməti və Binəqədi Rayonu İcra Hakimiyyəti ilə birgə “Tolerantlıq nümunəsi
Azərbaycan” adlı layihəyə başlanılmışdır.
Layihənin keçirilməsində əsas
məqsəd yerlərdə
Azərbaycanın bu sahədə dövlət
siyasətinin, milli-mənəvi
dəyərlərin, azərbaycançılıq
məfkurəsinin, tolerantlıq
nümunələrinin təbliğ
edilməsidir.
7-8 dekabr tarixlərində
Binəqədi rayonu
115 saylı tam orta məktəbdə layihənin
2 mühazirə dərsləri
keçirilmişdir.
Keçirilən tədbirlərdə Binəqədi Rayon İcra
Hakimiyyəti başçısının
müavini Aygün Əliyeva, Azərbaycan Respublikasının Millətlərarası,
multikulturalizm və dini məsələlər
üzrə Dövlət
Müşaviri Xidmətinin
baş məsləhətçisi,
professor Etibar Nəcəfov,
Azərbaycan Respublikası
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədr müavini Gündüz İsmayılov
və Binəqədi
rayon ərazisində yerləşən
32 ümumtəhsil müəssisələrindən 200-ə yaxın tarix müəllimi iştirak ediblər.
Bir mühazirə
dərsini “Multikulturalizm
- Azərbaycan Respublikasının
dövlət siyasəti
kimi” mövzusu əsasında Azərbaycan
Respublikasının Millətlərarası,
multikulturalizm və dini məsələlər
üzrə Dövlət
Müşaviri Xidmətinin
baş məsləhətçisi
Etibar Nəcəfov aparmışdır. Natiq çıxışında multikulturalizm dəyərlərindən
söhbət açaraq
bildirmişdir ki, mədəni yaşam tərzi‚ əxlaqi dəyərlər və bir çox xarakterlər Azərbaycan xalqının həyat normasıdır. Elə bu
səbəbdəndir ki,
ölkəmizdə bütün
xalqların nümayəndələri
sakit, sülh şəraitində yaşayırlar.
1990-cı
illərin acınacaqlı
günlərində xalqın
tələbi ilə hakimiyyətə qayıdan
dahi şəxsiyyət
Heydər Əliyevin müasir Azərbaycan dövlətini qurarkən
bu dövlətin təməl ideologiyasının
əsaslarından biri
ölkədə yaşayan
millətlərə hörmətlə
yanaşılması,‚ bütün
dini inanclara ehtiram göstərilməsi,
dini azadlıqların
qorunması və tolerantlıq dəyərlərinin
bərqərar olması
idi.
İkinci mühazirə dərsini “Müasir dövrdə Azərbaycan Respublikasında
dövlət-din münasibətləri”
mövzusu əsasında
Azərbaycan Respublikası
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov
aparmışdır. Natiq çıxışında
qeyd etmişdi ki, milli ruhu
qorumağın, inkişaf
etdirməyin və yeni nəsillərə çatdırmağın ən
mühüm şərti
milli dövlətçilikdir.
Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil,
həm də milli-mənəvi dəyərlərin
qorunmasına xidmət
edir.
Mövzular ətrafında təqdimatlardan
sonra suallar cavablandırılmışdır.
Mövzular ətrafında fikirlərini
bölüşən tədbir
iştirakçıları əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulan milli-mənəvi
dəyərlərimizi qorumağın,
onu gənc nəsillərimizə yüksək
səviyyədə çatdırılmasının
əhəmiyyətli olduğunu
bildirmişdilər. Onlar dini,
milli adət-ənənələrimizin
zənginliyini vurğulayaraq
belə mövzularda mühazirələrin təşkili
üçün təşəkkürlərini
bildirmişdilər.
Qeyd edək ki, 9 dekabr tarixdə, “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
Azərbaycan multikulturalizmi
modelinin təbliği
və təşviqi istiqamətində fəaliyyəti”
mövzusunda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə
müdiri Nəriman Qasımoğlu, 10 dekabr tarixdə “Azərbaycan multikulturalizminin ədəbi-bədii
qaynaqları” mövzusunda
AMEA-nın müxbir üzvü, Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunun
şöbə müdiri
Mövsün Nağısoylu
mühazirə dərslərini
aparacaqlar.
Layihənin bağlanış mərasimi
12 dekabr tarixində yekunlaşacaq.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan. - 2015.- 9 dekabr.- S.7.