Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli cənab Prezident,
Dekabrın 4-də “Günəşli” dəniz neft yatağındakı platformada baş vermiş dəhşətli qəza ilə bağlı xəbər məni dərindən kədərləndirdi.
Qəza nəticəsində həlak olanların ailələrinə Avropa Şurası adından dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanların tezliklə sağalmasını, itkin düşmüş şəxslərin sağ-salamat tapılmasını, onların axtarışı ilə məşğul olan fövqəladə xidmət əməkdaşlarına cəsarət və əzmkarlıq arzu edirəm.
Hörmətlə,
Torbörn Yaqland
Avropa Şurasının baş katibi
Azərbaycan.- 2015.- 10 dekabr.- S.1.