Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 344 Bakı şəhəri,
3 noyabr 2015-ci il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı
ilə təsdiq edilmiş “Ümumtəhsil
məktəbinin Nümunəvi
Nizamnaməsi”ndə dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq, Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin və Azərbaycan Respublikası
Təhsil Nazirliyinin təkliflərinə əsasən
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2011, ¹ 1, maddə
58; 2012,
¹ 1, maddə 34, ¹ 10, maddə
1007; 2014, ¹ 10, maddə
1329) ilə təsdiq edilmiş “Ümumtəhsil
məktəbinin Nümunəvi
Nizamnaməsi”ndə aşağıdakı
dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda
1.5-1-ci, 1.5-2-ci və 1.5-3-cü bəndlər əlavə
edilsin:
“1.5-1. Ümumtəhsil məktəbinin nizamnaməsi
təhsil müəssisəsinin
təsisçisi (Azərbaycan
Respublikası Prezidentinin
və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq
edilir.
1.5-2. Azərbaycan Respublikasında
hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış,
fəaliyyətinə xüsusi
razılıq (lisenziya)
verilmiş və akkreditasiya olunmuş ümumtəhsil məktəbinin
nizamnaməsində edilən
dəyişikliklər təhsil
müəssisəsinin pedaqoji
şurası tərəfindən
qəbul olunur və təsisçisi (Azərbaycan Respublikası
Prezidentinin və Azərbaycan Respublikası
Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən
təsdiq edilir.
1.5-3. Azərbaycan Respublikasının
Təhsil Nazirliyi bələdiyyə və özəl ümumtəhsil
məktəblərinin nizamnamələrinin
təsdiqinə və
onlarda edilən dəyişikliklərə rəy
verir.”.
2. 5.2-ci bəndin birinci cümləsində “Ümumtəhsil
məktəbində” sözləri
“Dövlət ümumtəhsil
məktəbində” sözləri
ilə əvəz edilsin.
3.
5.3-cü bənddə “pedaqoji,
elmi-metodiki, valideynlər,
təhsilalanlar, valideyn
şuraları və
s.” sözləri “elmi-metodiki,
valideynlər, təhsilalanlar,
valideyn şuraları”
sözləri ilə əvəz edilsin və həmin bəndə aşağıdakı
məzmunda ikinci cümlə əlavə edilsin:
“Həmin qurumların yaradılması qaydaları
və səlahiyyətləri
ümumtəhsil məktəbinin
nizamnaməsi ilə müəyyənləşdirilir.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2015.- 10 dekabr.- S. 5.