Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 361 Bakı şəhəri,
12 noyabr 2015-ci il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182 nömrəli qərarı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki
qurumların siyahısı”nda
dəyişiklik edilməsi
barədə
“Azərbaycan Respublikasının
Ağcabədi, Ağdam,
Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay,
Xaçmaz, İsmayıllı,
Kəlbəcər, Kürdəmir,
Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının
dəyişdirilməsi barədə”
Azərbaycan Respublikasının
2015-ci il 29 may tarixli
1300-IVQ nömrəli Qanununun
tətbiqi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 15
iyun tarixli 1272 nömrəli Sərəncamının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2011, ¹ 11, maddə 1064; 2012, ¹ 6, maddə 638, ¹ 8, maddə
825; 2013, ¹ 3, maddələr 332, 340, ¹ 6, maddə 730, ¹ 9, maddə
1136, ¹ 10, maddə 1214; Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 16 sentyabr tarixli 300 nömrəli qərarı)
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki
qurumların siyahısı”nın
“I. Büdcədən maliyyələşən
müəssisələr” bölməsinin
“40. Kürdəmir rayonu üzrə”
hissəsinin “40.7. Kənd və
qəsəbə tibb məntəqələri” bəndində
“Qarabucaq” sözü
“Axtaçı Qarabucaq”
sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2015.- 10 dekabr.- S. 5.