Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 367 Bakı
şəhəri, 19 noyabr 2015-ci il
“Dövlət qulluqçusunun
attestasiyasının keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
“Dövlət
qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının 2014-cü il 30 dekabr tarixli 1160-IVQD nömrəli
Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 13 yanvar tarixli 438 nömrəli Fərmanının
1.2-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
“Dövlət qulluqçusunun attestasiyasının
keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə
olunur).
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2015-ci il
19 noyabr tarixli 367 nömrəli qərarı ilə təsdiq
edilmişdir
Dövlət
qulluqçusunun attestasiyasının keçirilməsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu
Qaydalar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası
Qanununun 31.22-ci maddəsinə uyğun olaraq
hazırlanmışdır və dövlət
qulluqçusunun attestasiyasının keçirilməsiqaydasını
müəyyən edir.
1.2.
Attestasiyanın keçirilməsinin əsas məqsədləri
aşağıdakılardır:
1.2.1. dövlət qulluqçusunun tutduğu vəzifəyə
uyğun gəlib-gəlmədiyininmüəyyənləşdirilməsi;
1.2.2. dövlət qulluqçusunun potensial
imkanlarından istifadə etmək
mümkünlüyünün aşkara
çıxarılması, onun peşə səriştəliyininartırılmasınastimullaşdırılması;
1.2.3. dövlət qulluqçusunun əlavə təhsilinə
zərurət dərəcəsinin müəyyənləşdirilməsi.
1.3.
İnzibati və yardımçı vəzifələri tutan
hər bir dövlət qulluqçusu (bundan sonra - dövlət
qulluqçusu), “Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikasının Qanununda başqa hal nəzərdə
tutulmayıbsa, 5 (beş) ildə bir dəfədən
çox olmayaraq attestasiyadan keçirilməlidir.
1.4.
Attestasiyanın keçirilməsinin müddətləri, cədvəli
və bu Qaydaların 2.3-cü bəndində göstərilən
sualların hazırlanmasında istifadə olunan hüquqi
aktların və digər məlumat mənbələrinin
siyahısı tabelik qaydasında yuxarı dövlət
orqanı ilə razılaşdırılmaqla, müvafiq
dövlət orqanı tərəfindən təsdiq edilir və
attestasiyanın başlanılmasına ən geci 1 (bir) ay
qalmış attestasiyadan keçən dövlət
qulluqçularının nəzərinə
çatdırılır.
1.5.
Tutduğu vəzifədə 1 (bir) ildən az
qulluq keçən, habelə staj və sınaq müddətində
olan dövlət qulluqçuları növbəti attestasiyadan
keçirilmirlər. Uşağa qulluq etmək
üçün məzuniyyətdə olan dövlət
qulluqçusu qulluq keçməsini davam etdirməyə
başladıqdan sonra 1 (bir) ildən tez olmayaraq attestasiyadan
keçməlidir.
2. Attestasiyanın keçirilməsi
qaydası
2.1.
Attestasiya kollegial, obyektiv surətdə keçirilir. Attesta-siyaya tabeçilik qaydasında yuxarı
dövlət orqanının nümayəndəsinin cəlb
edilməsinə həmin yuxarı dövlət
orqanının rəhbərinin razılığı ilə
yol verilir. Attestasiya komissiyasının tərkibini
müvafiq dövlət orqanının rəhbəri təsdiq
edir.
2.2.
Attestasiyanın keçirilməsi üçün sədrdən,
katibdən və azı digər 3 (üç) komissiya
üzvündən ibarət tərkibdə attestasiya
komissiyası təsdiq edilir. Tərkibi
vaxtaşırı dəyişən attestasiya komissiyasına
yüksəkixtisaslı mütəxəssislər, elmi ekspertlər
daxil edilə bilərlər.
2.3.
Attestasiya komissiyasının üzvləri tərəfindən
dövlət qulluqçusuna yalnız tutduğu vəzifəyə,
vəzifə təlimatına, ixtisasına dair, icra etdiyi
işlər və onların nəticələri barədə,
habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən
etmək üçün zəruri olan əmək müqaviləsi
ilə müəyyən edilmiş hüquqları, qulluq
funksiyalarına aid olan məsələlərlə əlaqədar
suallar verilə bilər. Attestasiya olunan dövlət
qulluqçusuna onun xidməti fəaliyyətinə bilavasitə
aid olmayan sualların verilməsi, habelə onun siyasi
baxışlarına və etiqadına görə qiymətləndirilməsi
yolverilməzdir.
2.4.
Attestasiyadan keçməli olan hər bir dövlət
qulluqçusuna attestasiyanın başlanılmasına ən
azı 2 (iki) həftə qalmış onun bilavasitə rəhbəri
tərəfindən hazırlanmış xidməti xasiyyətnamə
verilir və həmin dövlət qulluqçusu ona verilən
xasiyyətnamə ilə tanış
olmalıdır.
2.5. Xasiyyətnamədə
dövlət qulluqçusunun xidməti fəaliyyətinə
qiymət verilir, fərdi xüsusiyyətləri, güclü
və zəif cəhətləri, keçən dövr ərzindəki
işinin nəticələri göstərilir. Sonrakı
attestasiyalarda komissiyaya əvvəlki attestasiyanın attestasiya
vərəqəsi də təqdim edilir.
2.6.
Dövlət qulluqçusu attestasiyadan keçirilərkən,
onun bilavasitə rəhbəri attestasiyaya dəvət edilə
bilər. Attestasiya komissiyası attestasiyadan
keçən dövlət qulluqçusunun fəaliyyəti
haqqında onun məlumatını dinləyir və təqdim
edilmiş materialları nəzərdən keçirir.
2.7.
Dövlət qulluqçusu üzrlü səbəb olmadan attestasiya
komissiyasının iclasına gəlmədikdə,
attestasiyadan keçirilməmiş hesab edilir və həmin
dövlət qulluqçusu barədə “Dövlət
qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci
maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri
tətbiq edilə bilər.
2.8.
Dövlət qulluqçusu üzrlü səbəbdən
attestasiya komissiyasının iclasına gəlmədikdə,
attestasiyadan keçirilməmiş hesab edilir. Dövlət
qulluqçusu üzrlü səbəb olmadan və ya
üzrlü səbəbdən attestasiya komissiyasının
iclasına gəlmədikdə, həmin dövlət
qulluqçusu növbəti attestasiyadan keçməlidir.
Dövlət qulluqçusu növbəti
attestasiyadan bu Qaydaların 1.4-cü bəndində göstərilən
qaydada keçməlidir.
2.9.
Dövlət qulluqçusunun attestasiyasının nəticələri
əsasında attestasiya komissiyası aşağıdakı
qiymətlərdən birini verir:
2.9.1. tutduğu vəzifəyə
uyğun gəlir;
2.9.2. işini yaxşılaşdırsa və
komissiyanın tövsiyələrini yerinə yetirsə, 1(bir)
ildən sonra təkrar attestasiyadan keçmək şərtilə
tutduğu vəzifəyə uyğun gəlir;
2.9.3. tutduğu vəzifəyə uyğun gəlmir.
2.10.
Attestasiya komissiyası attestasiyanın nəticələri əsasında
ayrı-ayrı dövlət qulluqçularının
qazandıqları müvəffəqiyyətlərə görə
mükafatlandırılması, irəli çəkilmək
üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi,
attestasiyadan keçən dövlət
qulluqçularının müvafiq istiqamət üzrə əlavə
təhsilə cəlb edilməsi, qulluq fəaliyyətinin,
işinin nəticələrinin
yaxşılaşdırılması, aşağı vəzifəyə
keçirilməsi və ya tutduğu vəzifədən azad
edilməsi haqqında tövsiyələr verə bilər. Bu halda attestasiya komissiyası irəli
sürdüyü tövsiyələri əsaslandırmalıdır.
2.11.
Dövlət qulluqçusunun fəaliyyətinə verilən
qiymət və attestasiya komissiyasının tövsiyələri
attestasiyadan keçən dövlət qulluqçusunun
iştirakı olmadan açıq səsvermə yolu ilə qəbul
edilir.
2.12.
Attestasiya və səsvermə attestasiya komissiyasının
üzvlərinin ən azı üçdə iki hissəsinin
iştirakı ilə keçirilir. Səsvermənin
nəticələri səs çoxluğu ilə müəyyən
edilir. Səslər bərabər olduqda,
attestasiyadan keçən dövlət qulluqçusu
tutduğu vəzifəyə uyğun hesab edilir. Attestasiya komissiyasının üzvü olan dövlət
qulluqçusu attestasiyadan keçərkən, səsvermədə
iştirak etmir. Attestasiyanın nəticələri
səsvermədən dərhal sonra dövlət
qulluqçusuna bildirilir.
3. Attestasiyanın nəticələrinin
rəsmiləşdirilməsi
3.1.
Attestasiyanın nəticələri (qiymət və tövsiyələr),
attestasiya zamanı verilən suallar və cavablar 1 (bir) nüsxədə
tərtib edilən, sədr, katib və attestasiya
komissiyasının səsvermədə iştirak etmiş digər
üzvləri tərəfindən imzalanan attestasiya vərəqəsinə
yazılır(əlavə olunur).
3.2. Attestasiyadan
keçən dövlət qulluqçusunun attestasiya vərəqəsi
və xasiyyətnaməsi onun şəxsi işində
saxlanılır və onların bir surəti attestasiyadan
keçən dövlət qulluqçusuna verilir.
3.3.
Attestasiya komissiyasının verdiyi qiymət əsas
götürülərək, tövsiyələr nəzərə
alınmaqla və qüvvədə olan qanunvericiliyə
uyğun olaraq, ayrı-ayrı dövlət
qulluqçularının qazandıqları müvəffəqiyyətlər
müqabilində mükafatlandırılması, irəli
çəkilmək üçün ehtiyat kadrlar
siyahısına daxil edilməsi, yuxarı vəzifəyə
keçirilməsi, xidməti fəaliyyətlə
bağlı müvafiq istiqamət üzrə əlavə təhsilə
cəlb edilməsi, attestasiyanın nəticələrinə
görə tutduğu vəzifəyə uyğun gəlmədiyi
aşkara çıxan dövlət qulluqçusunun
aşağı vəzifəyə keçirilməsi və ya
tutduğu vəzifədən azad edilməsi haqqında qərarlar
dövlət qulluqçusunun qulluq keçdiyi dövlət
orqanının rəhbəri tərəfindən qəbul
edilir.
3.4. Bu Qaydaların 3.3-cü bəndində nəzərdə
tutulmuş qərarlar dövlət qulluqçusunun
attestasiyadan keçdiyi gündən sonra ən geci 2 (iki) ay
müddətində qəbul edilir. Bu müddət
keçdikdən sonra attestasiyanın nəticələri əsasında
dövlət qulluqçusunun aşağı vəzifəyə
keçirilməsi və ya tutduğu vəzifədən azad
edilməsi haqqında qərarlar qəbul edilə bilməz.
3.5.
Dövlət qulluqçusunun üzrlü səbəbdən
işə gəlmədiyi, ezamiyyətdə və məzuniyyətdə
olduğu vaxt həmin 2 (iki) ay müddətinə daxil edilmir.
3.6.
Dövlət qulluqçusu attestasiyanın nəticələrindən
7 (yeddi) iş günü müddətində inzibati qaydada və
ya məhkəmə qaydasında şikayət edə bilər.
Tabelik qaydasında yuxarı dövlət orqanı şikayətə
daxil olduğu gündən sonra 20 (iyirmi) iş günü ərzində
baxır.
Qeyd. Bu Qaydalarda dəyişikliklər Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli
Fərmanı ilə təsdiq ådilmiş “İcra hakimiyyəti
orqanlarının normativ hüquqi àktlarının hazırlanması və
qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin
2.6-1-ci bəndinə uyğun edilə bilər.
____________
“Dövlət
qulluqçusunun attestasiyasının keçirilməsi
Qaydaları”na
əlavə
Attestasiya vərəqəsi
1.
Soyadı, adı, atasının adı ________________________________
2.
Doğulduğu il
__________________________________________
3. Təhsili
və ixtisasının artırılması barədə məlumat______________
______________________________________________________(haranı və nə vaxt bitirmişdir, təhsilinə
görə ixtisası, elmi dərəcəsi, elmi adı,
______________________________________________________
ixtisasını harada və nə vaxt artırmışdır)
4.
Attestasiya keçirilən zaman tutduğu vəzifə və
bu vəzifəyə təyin olunduğu (təsdiq edildiyi) tarix
_____________________________
______________________________________________________
5.
Ümumi əmək stajı_____________________________________
______________________________________________________
(o cümlədən, qulluq keçdiyi dövlət
orqanında qulluq stajı )
6. Əvvəlki
attestasiyanın tövsiyələrinin yerinə yetirilməsi
__________
______________________________________________________
______________________________________________________
7.
Attestasiyadan keçən dövlət qulluqçusuna verilən
suallar və cavablar________________________________________________
______________________________________________________
______________________________________________________
8.
Attestasiya komissiyası üzvlərinin rəy və təklifləri
_____________
______________________________________________________
9.
Attestasiyadan keçən dövlət qulluqçusunun rəy
və təklifləri________________________________________________
______________________________________________________
10. Səsvermənin
nəticələrinə görə dövlət
qulluqçusunun fəaliyyətinə qiymət verilməsi________________________________________
____________________________________________________________________________________________________________
Səslərin
sayı: lehinə ______________ əleyhinə ________________
11.
Attestasiya komissiyasının tövsiyələri (səbəbləri
göstərilməklə)
____________________________________________________________________________________________________________
12.
Qeyd_______________________________________________
____________________________________________________________________________________________________________
Attestasiyakomissiyasınınsədri
________________________
(imza)
Attestasiyakomissiyasınınüzvləri
________________________
(imza)
Attestasiyanınkeçirildiyitarix
________________________
Attestasiya
vərəqəsi ilə tanış
olmuşdur _______________________
______________________________________________________ (attestasiyadan keçən dövlət
qulluqçusununimzası və tarix)
13. Attestasiyanın nəticələrinə
görə dövlət orqanının rəhbərinin qərarı
və onun qəbul olunduğu tarix _________________________.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan. - 2015.- 10 dekabr.- S. 5.