Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ¹ 370

10 Dekabr 2015

 

¹ 370                                    Bakı şəhəri, 1 dekabr 2015-ci il

 

“2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq, uşaqlar arasında yoluxucu xəstəliklərin profilaktikasının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramıtəsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi digər aidiyyəti dövlət orqanları Tədbirlər Proqramının həyata keçirilməsini təmin etsinlər.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 dekabr tarixli 370 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair

TƏDBİRLƏR PROQRAMI

 

1.            Giriş

 

Uşaqların sağlamlığının qorunması sahəsində əsas priori-tet  istiqamətlərdən biri  immunoprofilaktikadır.

Son illər Azərbaycan Respublikasının ərazisində planlı  immunlaşdırma tədbirlərinin aparılması davam etdirilmişdir.  Belə ki, respublikanın poliomielitdən azad ölkə statusunun saxlanılması məqsədi ilə Milli Fəaliyyət Planı, qızılca məxmərəyin eliminasiyası, anadangəlmə məxmərək sindromunun profilaktikası kimi bir sıra kompleks tədbirlər həyata keçirilmişdir. Yoluxucu xəstəliklərə qarşı planlı immunlaşdırma tədbirləri üzərində monitorinq qiymətləndirməaparılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 26 noyabr tarixli 225 nömrəli qərarı ilə təsdiq edilmiş “2011-2015-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına  dair  Tədbirlər Proqramıçərçivəsində immunlaşdırma  tədbirlərinin gücləndirilməsi  məqsədi ilə  profilaktik peyvənd təqviminə  2011-ci ildə B tipli hemofil    2013-cü ildə pnevmokok  infeksiyalarına qarşı peyvəndlər daxil  edilmişdir.

Respublika üzrə peyvənd planının hər il 95%-dən artıq yerinə yetirilməsi, peyvəndlərlə əhatə səviyyəsinin yüksəlməsinə öz müsbət təsirini göstərən  Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə immunlaşdırma həftələrinin keçirilməsi digər immunlaşdırma  tədbirləri nəticəsində son illərdə difteriya, məxmərək xəstəlikləri qeydə alınmamış,  qızılca,  göyöskürək, tetanus,  epidemik parotit xəstəlikləri isə tək-tək hallarda qeydə alınmışdır.

Yoluxucu xəstəliklər üzərində elektron müşahidə sistemi çərçivəsində bu xəstəliklərə dair məlumatların toplanılması, ötürülməsi, işlənməsi   təhlili prosesi   daha da təkmilləşdirilmişdir.

Peyvəndlərin etibarlı saxlanması  məqsədi iləsoyuq zəncirsistemi gücləndirilmişdir. Peyvənd saxlanılan anbarlarda temperatur rejiminin daimi monitorinqinin aparılması üçün onların lazımi texniki avadanlıqla təminatı həyata keçirilmiş soyuq zəncirsistemi avadanlıqları ilə işləmək üçün mütəxəssislər xüsusi hazırlıq keçmişlər.  Peyvəndlərin digər peyvənd materiallarının bu sistemin tələbləri daxilində yerlərə mərkəzləşdirilmiş qaydada daşınması təmin edilmışdir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmişAzərbaycan 2020: gələcəyə baxışİnkişaf Konsepsiyası”ndaimmunoprofilaktika tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı (bundan sonra -Tədbirlər Proqramı) 2014-cü ilin sentyabr ayında Avropa Regional Komitəsində Avropanın 53 ölkəsi, o cümlədən  Azərbaycan Respublikasının qoşulduğu “2015-2020-ci illərdə Vaksinlərə dair Avropa Tədbirlər Planı”na əsasən  hazırlanmışdır.

 

2. Azərbaycan Respublikası üzrə profilaktik peyvənd TƏQVİMİ

 

Sıra¹-si

Peyvəndlərin adı

Peyvəndlərin edilməsi vaxtı

1.Hepatit B   doğulduqdan 12 saat ərzində

2.BCJ, OPV 4-7-ci gün

3.GDTHibHepB, OPV, Pk  2 aylıqda

4.GDTHibHepB, OPV 3 aylıqda

5.GDTHibHepB, OPV, Pk 4 aylıqda

6. Pk, İPV 6 aylıqda

7.QPM, Vitamin A 12 aylıqda

8.GDT, OPV, Vitamin A 18 aylıqda

9. QPM, ADT, Vitamin A 6 yaşda

 

3. Tədbirlər Proqramının  məqsədi əsas vəzifələri

3.1. Tədbirlər Proqramının məqsədi vaksinasiya ilə qarşısı alına bilən yoluxucu xəstəliklərin  profilaktikasının yaxşılaşdırılması, körpə uşaq ölümünün səviyyəsinin aşağı salınmasından ibarətdir.

3.2. Tədbirlər Proqramının əsas vəzifələri aşağıdakılardır:

3.2.1.  Respublikanın  bütün uşaqların   peyvəndlərlə vaxtında tam əhatə olunması;

3.2.2. immunlaşdırma tədbirlərinin təhlükəsizliyinin təmin edilməsi keyfiyyətinin artırılması;

3.2.3. immunlaşdırma tədbirlərinin monitorinqinin təmin edilməsi;

3.2.4. immunlaşdırma tədbirlərinin davamlı maliyyələşdirilməsi, keyfiyyətli peyvənd materialları avadanlıqla təchizatının yaxşılaşdırılması;

3.2.5. immunoprofilaktika sahəsində kadr hazırlığının təkmilləşdirilməsi;

3.2.6. immunlaşdırma tədbirlərinin səmərəliliyinin yüksəldilməsi   məqsədi ilə əhali arasında maarifləndirmə işinin aparılması.

4. Monitorinq qiymətləndirmə

 4.1. Tədbirlər Proqramı üzrə həyata keçiriləcək tədbirlərin əlaqələndirilməsini, monitorinqini qiymətləndirilməsini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir.

4.2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Tədbirlər Proqramının icrasına aidiyyəti beynəlxalq qeyri-hökumət təşkilatlarının cəlb olunmasını təmin edir.

5. Tədbirlər Proqramının maliyyələşdirilməsi

5.1. Tədbirlər Proqramında nəzərdə tutulan tədbirlər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindəSəhiyyəbölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdirilir.

6. Tədbirlər Proqramının həyata keçirilməsi üzrə

Tədbirlər Planı

 

 

Sıra ¹-si Tədbirlərin adı İcraçılar İcra müddəti (illər üzrə)

6.1.İmmunlaşdırma xidmətlərinə olan geniş çıxışın təmin olunması

6.1.1.Respublikada uşaqların peyvəndlə əhatə səviyyəsinin 95%-dən az olmayaraq saxlanılması -Səhiyyə Nazirliyi - 2016-2020

6.1.2.Profilaktik peyvənd təqvimində poliomielitə qarşı  üçvalentli (tOPV) peyvəndin ikivalentli (bOPV)  peyvəndlə əvəz edilməsi-Səhiyyə Nazirliyi -2016

6.1.3.Profilaktik peyvənd təqviminə uyğun olaraq peyvənd materiallarının,  şprislərin immunlaşdırma  zamanı əmələ gələn tullantıların zərərsizləşdirilməsi üçün təhlükəsiz qutuların alınmasının maliyyələşdirilməsi -Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi -2016-2020

6.1.4. Respublika səviyyəsində immunobioloji preparatların saxlanılması üçün anbarlardasoyuq zəncirsisteminin tələb olunan həcminin təmin edilməsi məqsədi ilə yeni soyuducuların alınması sıradan çıxan  soyuducu  avadanlıqların dəyişdirilməsi-Səhiyyə Nazirliyi -2016-2020

6.1.5.İmmunobioloji preparatların saxlanılması üçün yerli  tibb məntəqələri səviyyəsində temperatur rejiminin daimi monitorinqinin aparılması üçün onların lazımi texniki avadanlıqla təminatının davam etdirilməsi- Səhiyyə Nazirliyi -2016-2020

6.1.6.İmmunoloji preparatların temperatur rejimini gözləməklə xüsusiləşdirilmiş maşın-refrijeratorlarla yerlərə çatdırılması -Səhiyyə Nazirliyi -mütəmadi

6.1.7.Yerli  tibb məntəqələri səviyyəsində immunlaşdırma tədbirlərini həyata keçirən tibb müəssisələrində sıradan çıxmışsoyuq zəncirsistemi avadanlıqlarının  dəyişdirilməsi -Səhiyyə Nazirliyi -2016-2020

6.1.8.Uşaqların peyvəndlərlə əhatə olunma səviyyəsinin  təhlil edilməsi   bu sahədə görülən işin keyfiyyəti-ninyaxşılaşdırılması üçün  zəruri tədbirlərin həyata keçirilməsi -Səhiyyə Nazirliyi -ildə 2 dəfə

6.1.9.Ərazilərdə seçmə yolu ilə əhali qrupları arasında peyvəndlərlə əhatə səviyyəsini qiymətləndirmək üçün   sorğunun aparılması- Səhiyyə Nazirliyi -2016-2017

6.1.10.İmmunlaşdırma tədbirlərinin  vaxtında tam  həyata keçirilməsini təmin etmək məqsədi ilə yerli  səviyyədə  səyyar briqadalardan istifadə olunması- Səhiyyə Nazirliyi -mütəmadi

6.1.11.Uşaqların peyvəndlərlə əhatə səviyyəsi aşağı olan yaşayış məntəqələrində səbəbləri araşdırılmaqla, əlavə immunlaşdırma tədbirlərinin həyata keçirilməsi -Səhiyyə Nazirliyi- mütəmadi

6.1.12.İmmunlaşdırma tədbirlərini həyata keçirən müalicə-profilaktika müəssisələrinin şok əleyhinə preparatlarla təmin edilməsi -Səhiyyə Nazirliyi- mütəmadi

6.2.İmmunlaşdırma proqramının təkmilləşdirilməsi

6.2.1.İmmunlaşdırma proqramı  çərçivəsində fəaliyyət göstərən texniki-məsləhətçi koordinasiya mexanizmlərinin  potensialının gücləndirilməsi -Səhiyyə Nazirliyi -mütəmadi

6.2.2.Elektron proqramlardan istifadə etməklə, peyvəndlə əhatə səviyyəsinin monitorinqinin aparılması -Səhiyyə Nazirliyi- mütəmadi

6.2.3.Yeni peyvəndlərin tətbiqi üzrə tədbirlərin həyata keçirilməsi -Səhiyyə Nazirliyi -2016-2018

6.2.4.Yoluxucu xəstəliklər üzərində epidemioloji  nəzarətin gücləndirilməsi üçün sanitariya-epidemioloji xidmətin laboratoriya bazasının  təkmilləşdirilməsi - Səhiyyə Nazirliyi- 2016-2018

6.3.İmmunoprofilaktika sahəsində kadr hazırlığı

6.3.1.Yerlərdə mütəxəssislər üçün epidemioloji laborator nəzarətə aid təlimlərin keçirilməsi -Səhiyyə Nazirliyi-2016-2020

6.3.2.Ümumdünya Səhiyyə TəşkilatınınTəcrübədə İmmunlaşdırmatəlim kursuna aid metodik tövsiyələrinin həkimlərin orta tibb işçilərinin diplomdan sonrakı təlim proqramına  tətbiqi-

Səhiyyə Nazirliyi-2016-2017

6.4.İmmunoprofilaktika sahəsində əhali arasında maarifləndirmə işinin aparılması

6.4.1.Səhiyyə Nazirliyinin veb-saytı vasitəsilə immuno-profilaktika sahəsində əhaliyə müxtəlif məlumatların çatdırılması-Səhiyyə Nazirliyi-mütəmadi

6.4.2.İmmunlaşdırmaya dair bukletlərin, vərəqələrin, pla-katların çap edilməsi-Səhiyyə Nazirliyi-2016-2020

6.4.3.Kütləvi informasiya vasitələri ilə məqsədli qruplar arasında immunlaşdırma proqramının təbliğinə dair məlumatların verilməsi-Səhiyyə Nazirliyi,-kütləvi informasiya vasitələri-mütəmadi

7. Tədbirlər Proqramının həyata keçirilməsindəngözlənilən nəticələr

7.1. Tədbirlər Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:

7.1.1. profilaktik peyvənd təqviminə uyğun immunlaşdırma proqramının maliyyə stabilliyinin təmin edilməsi;

7.1.2. profilaktik  peyvəndlərlə əhatənin yüksək səviyyədə saxlanılması;

7.1.3. qızılca məxmərəyin eliminasiyası;

7.1.4. poliomielitdən azad ərazi statusunun saxlanılması;

7.1.5. hepatit B infeksiyası üzərində  nəzarətin gücləndirilməsi.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2015.- 10 dekabr.- S. 5.