Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 368 Bakı şəhəri,
23 noyabr 2015-ci il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı
ilə təsdiq edilmiş “Fəaliyyət
növlərinin xüsusiyyətindən
asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb
olunan əlavə Şərtlər”də dəyişikliklər
edilməsi barədə
“Bəzi fəaliyyət növlərinə xüsusi
razılıq (lisenziya)
verilməsi qaydalarının
təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanında dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 10
sentyabr tarixli 592 nömrəli Fərmanının
2.2-ci və 2.3-cü bəndlərinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2002, ¹ 11, maddə 676; 2004, ¹ 2, maddə 115; 2005, ¹ 9, maddə
860, ¹ 12, maddə 1234; 2006, ¹ 2, maddələr 204, 205, ¹ 9, maddə
822, ¹ 12, maddə 1159; 2007, ¹ 8, maddələr 849, 857, ¹ 10, maddə
1025; 2008, ¹ 1, maddə 37, ¹ 10, maddə 928, ¹ 12, maddələr
1110, 1114; 2009, ¹ 1, maddələr 22, 32, ¹
2, maddə 156,
¹ 4, maddə 279, ¹ 8, maddə
670, ¹ 9, maddələr 739, 754, ¹ 12, maddə 1078; 2010, ¹ 3, maddə
264; 2011, ¹ 1, maddə 63; 2012, ¹ 9, maddə 931; 2013, ¹ 2, maddə
203, ¹ 6, maddə 735; 2014, ¹ 10, maddə 1290; 2015, ¹ 4, maddə
608) ilə təsdiq edilmiş “Fəaliyyət
növlərinin xüsusiyyətindən
asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb
olunan əlavə Şərtlər”də aşağıdakı
dəyişikliklər edilsin:
1. 11-ci hissəyə “sellülar
(mobil)” sözlərindən
sonra “-(texnoloji standartın adı göstərilməklə)” sözləri
əlavə edilsin və həmin hissədən “, 3-cü nəsil
(3G) mobil rabitə” sözləri çıxarılsın.
2. 11.8-ci bənddə “3-cü nəsil
(3G) mobil” sözləri
“sellülar (mobil) - (texnoloji standartın adı göstərilməklə)”
sözləri ilə əvəz edilsin və həmin bəndə “fəaliyyət
üçün” sözlərindən
sonra “əlavə olaraq” sözləri əlavə edilsin.
3.
11.8.1-ci yarımbəndə “şəbəkənin” sözündən
əvvəl “tətbiq
ediləcək texnoloji
standart üzrə” sözləri, “məlumat”
sözündən sonra
“və qeyd olunan mərhələlər
üzrə işlərin
başa çatdırılması
barədə zəmanət”
sözləri əlavə
edilsin.
4.
11.8.4-cü yarımbənd ləğv edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.- 2015.- 10 dekabr.- S. 5.