Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 369 Bakı şəhəri,
27 noyabr 2015-ci il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 saylı qərarı ilə təsdiq edilmiş “Təhlükəsizliyi 01 yanvar
1994-cü ildən təmin
olunmalı məhsulların
Siyahısı”nda dəyişiklik
edilməsi barədə
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2015-ci il
29 may tarixli 1303-IVQD nömrəli
Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 23 iyul tarixli 576 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
“Məhsulların (işlərin,
xidmətlərin) sertifikatlaşdırılmasının
mərhələlər üzrə
tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəsizliyi 01 yanvar
1994-cü ildən təmin
olunmalı məhsulların
Siyahısı”na aşağıdakı
məzmunda 93-cü hissə
əlavə edilsin:
“93. avtonəqliyyat vasitələrinin bütün
ehtiyat hissələri”.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2015.- 10 dekabr.- S. 5.