Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

№ 372                                    Bakı şəhəri, 2 dekabr 2015-ci il

 

Bakı Pedaqoji Kadrların İxtisasartırma  Yenidənhazırlanma İnstitutunun adının dəyişdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmişAzərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Bakı Pedaqoji Kadrların İxtisasartırma Yenidənhazırlanma İnstitutu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu adlandırılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 745, № 10, maddə 969, № 12, maddələr 1241, 1245; 2012, № 3, maddə 257, № 4, maddə 399, № 6, maddələr 633, 634, № 12, maddə 1346; 2013, № 6, maddə 775, № 9, maddə 1130; 2014, № 1, maddə 72, № 2, maddə 214, № 6, maddə 751, № 7, maddə 907, № 9, maddə 1120; 2015, № 3, maddə 336, № 6, maddə 807, № 8, maddə 966;  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 29 sentyabr tarixli 312 nömrəli 5 oktyabr tarixli 315 nömrəli qərarları) ilə təsdiq edilmişAzərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nınƏlavə təhsil müəssisələribölməsinin 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

/Azərbaycan.- 2015.- 10 dekabr.- S. 5.