Dəyərli monoqrafiya

 

Söhbət professor Teymur Əhmədovun görkəmli yazıçı “Akademik Mirzə İbrahimovmonoqrafik kitabından gedir

 

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda həmişə belə bir ənənə yaşanıb - gənc elmi işçilər, aspirantlar, dessertantlar, doktorantlar ədəbiyyat və sənət xadimlərinə, misal üçün Mirzə İbrahimov, Məmməd Cəfər, Yaşar Qarayev, Kamal Talıbzadə, Bəkir Nəbiyev və başqalarına ehtiram olaraq Ustad, biri-birilərinə isə Ədib deyə müraciət edirlər. Bir zaman elmi-ədəbi fəaliyyətini akademiyanın Dil və Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan şöbəsinə bağlayan aspirant Teymur Əhmədov ustad sandığı, xalq yazıçısı, akademik Mirzə İbrahimovun rəhbərliyi ilə “Nəriman Nərimanovun dramaturgiyası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Teymur Əhmədovun elmlər namizədi və elmlər doktoru səviyyəsinə yüksəlməsində, özününetiraf etdiyi kimi, ustadı akademik Mirzə İbrahimovun əməyi çox olmuşdur. Tale elə gətirmişdir ki, artıq bu gün elmi-ədəbi aləmdə ustad kimi tanınan professor Teymur Əhmədov müəlliminin zəngin ədəbi irsinin tədqiqatçısı olmuşdur.

Ötən müddət ərzində ədəbiyyatşünas-alim T. Əhmədov həm də milli təəssübkeşlik hissi ilə yazılmış onlarla ədəbi, bədii-publisistik əsərlərin müəllifi kimi tanınmışdır. Professorun bu günlərdə işıq üzü görən “Akademik Mirzə İbrahimov” adlı monoqrafik kitabı bu seriyadan bir nümunədir. Nəfis şəkildə tərtib edilmiş 300 səhifəlik kitabda tədqiqata cəlb edilmiş materiallar hesabına Mirzə İbrahimovun şəxsi arxivindən müharibədən əvvəlki dövrdən tutmuş son illərədək ədəbi-elmi fəaliyyəti gündəmə gətirilmişdir. Kitabda qeyd olunduğu kimi, akademik Mirzə İbrahimov 1937-ci ilin axırlarından başlayaraq müxtəlif məsul vəzifələrdə - Opera Teatrının direktoru, Nazirlər Soveti yanında incəsənət işləri idarəsinin rəisi, Azərbaycan SSR xalq maarif komissarı vəzifəsində (1942-1947) çalışmışdır. Azərbaycan EA təsis edilərkən (1945) onun ilk həqiqi üzvlərindən biri seçilmişdir. Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin (1948-1954) sədri, birinci katibi (1965-1975), SSRİ Yazıçılar İttifaqı idarə heyətinin (1965-1975) katibi, Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin (1947-1950) müavini, Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin (1954-1958) sədri vəzifələrində işləmiş, Azərbaycan KP XIV-XIX, XXII-XXVIII qurultaylarında MK-nın Büro üzvü seçilmişdir. Akademikin zəhmətlə yoğrulmuş gənclik illərindən tutmuş ömrünün son günlərinədək ardıcıllıqla gündəmə gətirilən elmi-ədəbi və ictimai fəaliyyəti oxucuda böyük rəğbət doğurur.

Əlbəttə, 300 səhifəlik bir kitabda Mirzə İbrahimovun çoxcəhətli ədəbi, elmi, ictimai-siyasi yaradıcılığı haqqında geniş təfərrüatı ilə söz açmaq bəlkə də qeyri-mümkündür. Ancaq müəllif peşəkarlığı, yazıçı qələmi ilə Mirzə İbrahimov yaradıcılığının və ictimai-siyasi fəaliyyətinin ana xəttini təşkil edən “Mirzə İbrahimovun ana dili uğrunda mübarizəsi”, “Mirzə İbrahimov Təbrizdə (1941-1945)”, “Milli demokratik hərəkatın tarixi missiyası”, “Mirzə İbrahimov və Cənubi Azərbaycan ədəbi-ictimai fikri”, “Mirzə İbrahimovun cənub yazıçıları ilə yaradıcılıq əlaqələri” adlı bölmələrdə tədqiqat nəticəsində üzə çıxmış elmi mənbələr, xatirələr və yeni faktlarla tanış olmaq mümkündür. Bu zaman xalq yazıçısı, akademik Mirzə İbrahimovun çoxcəhətli ədəbi-bədii və ictimai-siyasi fəaliyyəti fonunda onun Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biri və həqiqi üzvü kimi müasir milli ədəbiyyat tarixinin yaradılmasında, ədəbi-nəzəri fikrin, ədəbiyyatşünaslığın inkişafında səmərəli xidmətləri barədə geniş təsəvvür yaradılır.

Kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanına əsasən 2011-ci ildə respublikamızın şəhər, rayon və qəsəbələrində, eləcə də ölkəmizin hüdudlarından kənarda Mirzə İbrahimovun anadan olmasının 100 illik yubiley tədbirlərinin yüksək səviyyədə keçirildiyi genişliyi ilə əksini tapıb. Teymur Əhmədovun bir neçə il ərzində ərsəyə gətirdiyi “Akademik Mirzə İbrahimov” Azərbaycan ədəbiyyatşünaslığı tarixinə çox dəyərli töhfədir.

KitabdaElm və mədəniyyət xadimlərinin sözü” bölümündə Mirzə İbrahimov haqqında deyilmiş bir-birindən mənalı fikirlər hər bir kəsdə xoş ovqat yaradır. Öz xalqının, vətəninin, ən nəhayət sevdiyin bir yazıçı haqqında eşitdiklərin səni ədəbiyyata, xüsusilə də Mirzə İbrahimov yaradıcılığına daha dərindən bağlayır. Gürcü yazıçısı Vladimir Alpenidze demişkən: “...Mirzə İbrahimov özünün fəlsəfi müdrikliyi, bədii sözünün qüdrəti, şərqsayağı görkəmi, gənclik enerjisi, təmkinliyi, insansevərliyi ilə adamı heyran edir. Mirzə İbrahimovla bir dəfə söhbət etdikdən sonra onun xeyirxahlığını, adamlarla heyrətləndirici ünsiyyət bacarığını, etikasını unutmaq olmur. Əgər Mirzə İbrahimovun heç olmasa, bir kitabını oxumuşsunuzsa, demək olar ki, ömürlük onun əsərlərinin pərəstişkarına çevriləcəksiniz”. Bölmədə respublikamızda və xarici ölkələrdə yazıb-yaradan 40-a yaxın görkəmli şair, yazıçı, incəsənət xadiminin bu kimi dəyərli fikirləri yer alıb.

Ömrün əbədiləşən anları” bölümündə Azərbaycanın dövlət xadimləri və yazıçıları arasında ulu öndər Heydər Əliyevlə Mirzə İbrahimovun görüntülənən şəkli, ümummilli lider Heydər Əliyevin böyük yazıçı haqqında dediyi: “Mirzə İbrahimov bədii yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında mühüm yer tutur, onun inkişafına, yazıçıların bir neçə nəslinin təşəkkülünə böyük təsir göstərmişdir. Mirzə İbrahimov yaradıcılığı qədim tarixi olan Azərbaycan ədəbiyyatının irsi, onun kökü üstündə qərar tutmuş, dünya ədəbiyyatının, rus klassik ədəbiyyatının ən yaxşı nailiyyətlərinin, qardaş xalqları ədəbiyyatının klassikmüasir nümunələrinin təsiri altında püxtələşmiş və inkişaf etmişdir.

Bədii yaradıcılığı ilə yanaşı, Mirzə İbrahimovu respublikamızda və ölkəmizdə görkəmli bir ədəbiyyatşünas, alim, tənqidçi və publisist kimi də tanıyırlar. Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü kimi bu sahələrdə onun fəaliyyəti yüksək qiymətə layiqdirbiz tam qətiyyətlə deyə bilərik ki, Mirzə İbrahimov bir ədəbiyyatşünas alim kimi Azərbaycan elminin inkişafına böyük təsir göstərmişdir” - sözləri kitabın leytmotivini təşkil edir.

Ədəbi proseslərin tarixi və araşdırılmasında şövqlə çalışan Teymur Əhmədov həm də uzun illərdir jurnalistlik fəaliyyəti ilə məşğuldur. O, 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirdikdən sonra ata-baba yurdu İrəvana qayıtmış, Ermənistan KP MK-nın orqanı “Sovet Ermənistanı” qəzetində əvvəl ədəbi işçi, sonra məsul katibin müavini işləmişdir. 1961-ci ildən Bakıya gəlmiş, həmin ili Azərbaycan EA-nın Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur. O vaxtdan taleyini ədəbiyyatşünaslıq və jurnalistikaya bağlayan Teymur Əhmədov ölkəmiz tarixi müstəqilliyinə qovuşduqdan sonraAta yurdu”, “Vətən səsi”, “Vətən həsrəti”, “Hikmət”, “Yeni fikir”, “Elturan”, “Füyuzatkimi qəzetlərə rəhbərlik etmişdir. Hazırda “Respublika” qəzətinin baş redaktorudur. T.Əhmədov istər sovetlər dönəmində, istərsə də müstəqillik illərində redaktoru olduğu mətbu orqanlardajurnalistlik fəaliyyətində ulu öndər Heydər Əliyev siyasi kursunun təbliğatçısı olmuşdur. Onun vətən, xalq, ədəbiyyatımız və milli mətbuatımız üçün gördüyü işlər ölkə Prezidenti, Azərbaycan hökuməti tərəfindən həmişə yüksək dəyərləndirilmişdir. Ziyalı alim Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmiş, akademik Y.Məmmədəliyev adına mükafatmedalla, iki dəfə “Tərəqqi” medalına, cari ildə isə Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibəti ilə Prezidentin fərdi təqaüdünə layiq görülmüşdür. Teymur Əhmədovun jurnalistlik fəaliyyəti haqqında akademik Cəmil Quliyev demişdir: “Soruşularsa, Teymur tədqiqatçı kimi qüvvətlidir, yoxsa jurnalist kimi? Çətin sualdır, məncə o, jurnalist fəaliyyətində yaxşı tədqiqatçıdır, tədqiqatçı fəaliyyətində yaxşı jurnalistdir. Bu iki tərəf onun yaradıcılığında vəhdət təşkil edir”. Teymur Əhmədovun yaradıcılığına qısa ekskurs etməklə onunAkademik Mirzə İbrahimovmonoqrafik albomunda ədəbiyyatşünaslığı ilə jurnalistlik qabiliyyətinin kitabın tərtibində, forma və məzmununda özünü yüksək səviyyədə büruzə verdiyini bir daha sizlərə xatırlatmaqdır.

Filologiya elmləri doktoru, professor Teymur Əhmədovun “Akademik Mirzə İbrahimov” monoqrafiyası nəinki, Azərbaycan ədəbiyyatşünaslığı və tədqiqatçılar üçün, habelə geniş oxucu auditoriyası üçün dəyərli töhfədir.

 

Rəhman SALMANLI,

 

Azərbaycan. - 2015.- 19 dekabr.- S.10.