Prezident İlham Əliyev “Huawei” şirkətinin Pekindəki Sərgi Mərkəzində olub

 

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da “Huawei” şirkətinin Pekindəki Sərgi Mərkəzində olub.

Dövlətimizin başçısına məlumat verildi ki, bu mərkəz yüksək səviyyəli strateji dialoq məkanıdır. BuradaHuaweiin gələcək meyilləri, çağırışları və strategiyaları barədə müştərilərə geniş məlumat verilir, onların maraqlarına uyğun olaraq həll yolları izah edilir.

Mərkəzdə dörd sərgi bölməsi var. Bu bölmələrdə gələcək strateji danışıqlar, rəqəmsal fərd, rəqəmsal ev, çevik rəqəmsal biznes, mərkəzi əməliyyatlar təcrübəsi, informasiya texnologiyaları infrastrukturu, rəqəmsal müəssisə və innovasiyalar barədə məlumat verilir. Bundan əlavə, “Huaweiin 2020-ci il üçün strategiyaları barədə də mərkəzdə ətraflı informasiya təqdim olunur.

BuradaHuaweiin Azərbaycandakı nümayəndəliyinin əməkdaşları ilə canlı bağlantı yaradıldı.

Prezident İlham ƏLİYEV dedi:

-Mən sizi salamlayıram. Sizi görməyimə şadam. Bu gün sizinlə Pekindən, “Huawei”in ofisindən danışıram. Çox şadam ki, “HuaweiAzərbaycanda uğurlu fəaliyyət göstərir, öz fəaliyyətini genişləndirir.

Bu yaxınlarda mənBakutelsərgisindəHuawei”in stendində olmuşam. Burada da indi yeniliklərlə tanış oluram gördüklərim mənə çox xoş təəssürat bağışlayır. Əminəm ki, gələcəkdəHuaweiAzərbaycanda fəaliyyətini daha da genişləndirəcək. Sizə uğurlar arzulayıram.

Dövlətimizin başçısı Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına çox böyük diqqət yetirildiyini dedi yaxşı nəticələr əldə olunduğunu bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, “Huaweişirkətini Bakıda təmsil edən çox gənc komanda var. Şirkətin Azərbaycan nümayəndəliyində həm yerli, həm Çin mütəxəssisləri çalışır onlar xalqlarımız arasında dostluq münasibətlərini daha da möhkəmləndirirlər.

Şirkətin Azərbaycan nümayəndəliyinin əməkdaşları dövlətimizin başçısına ölkəmizdəki fəaliyyətləri həyata keçirdikləri layihələr barədə məlumat verdilər.

Qeyd edək ki, “HuaweiÇində ən inkişaf etmiş böyük şirkətlərdən biridir. 1978-ci ildə yaradılanHuaweişirkətinin həlləri məhsullarına naqilsiz, baza nəqliyyat şəbəkələri avadanlıqları, şəbəkə cihazları, optik cihazlar, marşrutizatorlar, şəbəkə kommutatorları, tətbiqi proqramlar, aparat təminatı, terminallar sair daxildir. Şirkət ildən-ilə uğurlarını artırır. Dünyada telekommunikasiya sahəsindəki yenilikləri fəaliyyətində tətbiq edən bu sahəyə xüsusi töhfələrini verənHuawei” 2006-cı ildə 3G daxil olmaqla yeni nəsil şəbəkələri seqmenti üzrə artım nümayiş etdirib. Məhz buna görə Huaweidünyada telekommunikasiya avadanlıqları istehsal edən ən böyük şirkət hesab olunur. İndi şirkətin müxtəlif ölkələrdə 20 elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir. Huawei”in 170 mindən artıq əməkdaşı var. Onlardan 76 mini tədqiqatla məşğuldur. Şirkətin dünyada böyük populyarlığa malik olan məhsul xidmətləri 140-dan çox ölkədə tətbiq edilir. Bu şirkət hazırda dünyanın 50 ən böyük telekommunikasiya operatorlarından 45-nə xidmət göstərir.

Huaweidünyada sosial layihələri ilə məşhurdur. Şirkət müxtəlif ölkələrdə bir çox qurumlarla bağlı sosial layihələrin icrasında yaxından iştirak edib. “Huaweibir çox transmilli şirkətlərə təhlükəsizlik xidmətləri də göstərir. Bir sözlə, “Huaweiin məhsulları böyük maraqla qarşılanır və bu məhsullara dünya bazarında böyük tələbat var.

 

AZƏRTAC

 

Azərbaycan. - 2015.- 11 dekabr.- S. 1, 2.