Azərbaycan Prezidenti İlham
Əliyevin Çinin Dövlət
Şurasının Baş naziri
Li Keçyan ilə görüşü
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 10-da Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Keçyan ilə görüşü olub.
Azərbaycan Prezidenti və Çinin Dövlət Şurasının Baş naziri rəsmi foto çəkdirdilər.
Dövlət Şurasının Baş naziri Li Keçyan Azərbaycan Prezidenti İlham Əliyevi Çində görməkdən məmnun olduğunu dedi. O, ölkələrimiz arasında diplomatik münasibətlər yaranandan ikitərəfli əlaqələrimizin inkişaf etdiyini və bu səfərin də əməkdaşlığın genişlənməsinə yeni təkan verəcəyini vurğuladı. Dövlət Şurasının Baş naziri Çin şirkətlərinin əlverişli coğrafi mövqeyi, zəngin təbii sərvətləri, böyük enerji potensialı olan Azərbaycanda infrastruktur, istehsal, energetika, dəmir yolu və texnoparkların yaradılması sahələrində yaxından iştirak etməkdə maraqlı olduqlarını bildirdi. O, ölkəsinin Azərbaycanın təbii sərvətlərinin işlənilməsində, neft-qaz emalı sahəsində yaxından iştirak edə biləcəyini diqqətə çatdırdı. Li Keçyan humanitariya, təhsil, informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin mümkünlüyünü qeyd etdi.
Prezident İlham
Əliyev əmin olduğunu bildirdi ki, Çinə
dövlət səfərinin nəticələri ölkələrimizi
bir-birinə daha da
yaxınlaşdıracaq. Azərbaycanın Çin ilə əməkdaşlığa böyük önəm verdiyini
deyən dövlətimizin başçısı ölkələrimiz
arasında fəal siyasi əlaqələrin
olduğunu, beynəlxalq təşkilatlarda
uğurla əməkdaşlıq edildiyini diqqətə çatdırdı. Azərbaycanın
Çin ilə bütün
istiqamətlərdə əlaqələri
inkişaf etdirmək niyyətində olduğunu deyən Prezident
İlham Əliyev iqtisadi
sahədə də əməkdaşlıq üçün
yaxşı potensialın olduğunu
vurğuladı, Çin şirkətlərini
investor və podratçı qismində
Azərbaycanda fəaliyyət göstərməyə dəvət
etdi. Dövlətimizin
başçısı Azərbaycanın sənaye istehsalında,
texnoparkların yaradılmasında, informasiya-kommunikasiya
texnologiyaları sahəsində Çin
şirkətləri ilə əməkdaşlığın
genişləndirilməsində maraqlı olduğunu
qeyd etdi. Prezident İlham Əliyev Çin
Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü qədim İpək Yolu üzrə iqtisadi
zolağın yaradılması təşəbbüsünün
Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə
çatdırdı. Dövlətimizin başçısı
Azərbaycanın da qədim İpək
Yolu üzərində yerləşdiyini dedi, Çin
mallarının ölkəmizdən Türkiyəyə, oradan da Avropaya
çıxarılmasında respublikamızın əlverişli
coğrafi mövqeyə, infrastruktur
imkanlarına malik olduğunu
bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycandan
keçəcək yol Çin
mallarının Avropaya
çatdırıla biləcəyi ən qısa yol ola bilər. Bu sahədə Azərbaycan öz
töhfəsini verməyə hazırdır. Azərbaycan həm
Şərq-Qərb, həm də Şimal-Cənub tranzit dəhlizi layihələrində mühüm rol oynaya bilər və artıq bu
sahədə konkret addımlar atır.
Prezident İlham Əliyev ölkəmizdə nəqliyyat infrastrukturuna fəal şəkildə investisiya yatırıldığını, bunun həm də qonşularımız və tərəfdaşlarımız üçün faydalı olacağını qeyd etdi. Dövlətimizin başçısı informasiya-kommunikasiya texnologiyaları, investisiya qoyuluşu, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirdi.
Siyasi sahədə də əlaqələrimizin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev mühüm
məsələlərdə ölkələrimizin mövqelərinin
üst-üstə düşdüyünü,
Azərbaycanın Şanxay Əməkdaşlıq
Təşkilatına “Dialoq üzrə tərəfdaş”
statusunda qoşulduğunu
vurğuladı. Dövlətimizin
başçısı qeyd etdi ki, Şanxay
Əməkdaşlıq Təşkilatı ilə əlaqələr
Azərbaycanın xarici siyasətinin prioritet sahələrindən biridir.
Bundan əlavə, ölkələrimiz
BMT-də və digər beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edir.
AZƏRTAC.
Azərbaycan. - 2015.- 11 dekabr.- S. 2.