Azərbaycan-Çin sənədləri imzalanıb

 

Xüsusi müxbirimiz xəbər verir ki, geniş tərkibdə görüş başa çatdıqdan sonra dekabrın 10-da Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub.

Azərbaycan Respublikasının Çin Xalq Respublikasının dostluq münasibətlərinin əməkdaşlığın daha da inkişaf etdirilməsi dərinləşdirilməsi haqqında Birgə Bəyannamə”ni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpin imzaladılar.

Azərbaycan Respublikası Hökuməti Çin Xalq Respublikası Hökuməti arasındaİpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çinin xarici işlər naziri Van İ imzaladılar.

Azərbaycan Respublikası Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında Müqavilə”ni Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Çinin ədliyyə naziri Vu Ayyin imzaladılar.

Azərbaycan Respublikası Hökuməti Çin Xalq Respublikası Hökuməti arasında fitosanitar əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Çinin kənd təsərrüfatı naziri Xan Çanfu imzaladılar.

Azərbaycan Respublikası Hökuməti Çin Xalq Respublikası Hökuməti arasında mülki hava nəqliyyatına dair Saziş”iAzərbaycan Hava YollarıQapalı Səhmdar Cəmiyyətinin (“AZAL”) prezidenti Cahangir Əsgərov Çinin Mülki Aviasiya Administrasiyasının rəhbəri Li Ciasyan imzaladılar.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illərdə təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çinin təhsil naziri Yuen Quyren imzaladılar.

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi Çin Xalq Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çinin nəqliyyat naziri Yan Çuantan imzaladılar.

Azərbaycan Respublikasının İqtisadiyyat Sənaye Nazirliyi ilə Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında ikitərəfli iqtisadi əməkdaşlığın təşviqi üzrə Anlaşma Memorandumu”nu Azərbaycanın iqtisadiyyat sənaye naziri Şahin Mustafayev Çinin kommersiya naziri Quan Xuçen imzaladılar.

Azərbaycan Respublikasının Alternativ Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Çin Xalq Respublikasının Enerji İdarəsi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov Çinin Energetika üzrə Dövlət İdarəsi rəisinin müavini Çen Şan Zye imzaladılar.

Azərbaycan Dəmir YollarıQapalı Səhmdar Cəmiyyəti ilə Çin Xalq Respublikasının Milli Dəmir Yolu Administrasiyası arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Saziş”iAzərbaycan Dəmir YollarıQapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Çinin Milli Dəmir Yolu Administrasiyasının rəhbəri Lu Donfu imzaladılar.

 

X X X

 

Dekabrın 10-da Çin Xalq Respublikasının Sədri Si Cinpinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul verilib.

 

AZƏRTAC

 

Azərbaycan. - 2015.- 11 dekabr.- S. 4.