Veteranlar Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının V plenumunun iştirakçıları dekabrın 10-da Fəxri xiyabana gələrək müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn plenum iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

Türk şəhid əsgərlərinin xatirəsinə ucaldılmış abidə də ziyarət olunub.

Veteranlar daha sonra iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun xatirəsini yad edib, abidəsi önünə gül dəstələri qoyublar.

 

AZƏRTAC

 

Azərbaycan. - 2015.- 11 dekabr.- S. 5.