“Azərbaycan fəxr
edir”
“Bakı-2015” I Avropa
Oyunlarının yekunu
miniatür kitabda
Bu günlərdə Miniatür
Kitab Muzeyinin “Azərbaycan
fəxr edir” yeni nəşri işıq üzü görüb. Kitabın
super üz qabığında
Azərbaycan Prezidenti İlham Əliyevin
“Bakı-2015” I Avropa Oyunlarının
yüksək səviyyədə
keçirilməsindəki xidmətlərinə
görə Təşkilat
Komitəsinin sədri
Mehriban xanım Əliyevanı “Heydər Əliyev” ordeni ilə təltif etdiyi fotoşəkil yer alıb. Miniatür nəşrin forzastında isə I Avropa Oyunlarının loqosu verilib.
Mini nəşr Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyin
2015-ci il tarixində
I Avropa Oyunlarında
qalib gəlmiş idmançılarla, onların
məşqçiləri, idman
ictimaiyyətinin nümayəndələri
və xarici tərəfdaşlarla keçirilən
görüşündəki nitqi ilə açılır.
Kitabda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın, həmçinin
“Dostluq” ordeni ilə təltif edilən I Avropa Oyunları Əməliyyat
Komitəsinin əməliyyatlar
üzrə baş direktoru Saymon Kleqin və “Şöhrət” ordeninə
layiq görüldüyü
üçün dövlət
başçısına minnətdarlığını
bildirən gənclər
və idman naziri Azad Rəhimovun çıxışları verilib.
Nəfis
tərtibatlı, 38x52 mm formatlı
kitab 216 səhifədən
ibarətdir. Burada I Avropa Oyunlarını
əks etdirən 42 rəngli şəkil öz əksini tapıb. Üç
dildə (Azərbaycan,
rus və ingilis) buraxılan,100 nüsxədən ibarət
olan yeni nəşr Miniatür Kitab Muzeyinin adı çəkilən beynəlxalq
idman bayramına töhfəsi kimi dəyərləndirilir.
Kitabda bir daha göstərilir
ki, I Avropa Oyunları Azərbaycanın
yalnız idman deyil,
mədəniyyət, daha
geniş mənada götürsək, ümumi
inkişaf tarixinə yazıldı. Mədəniyyət və incəsənətimizin
idmanla sintezinin nümayişi üçün
münbit şərait
yaradıldı. Bu həm də müasir Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni inkişafının, xalqımızın
milli-mənəvi dəyərlərinə
sahib çıxma göstəricisi
demək idi.
Təbii
ki, “Bakı-2015”
I Avropa Oyunlarının möhtəşəm
keçirilməsi ilk növbədə
yüksək səviyyədə
hazırlığın nəticəsi
idi. Geniş ictimaiyyət bu beynəlxalq
tədbirin bilavasitə iştirakçısına
çevrilmişdi.
Yeni nəşrdəki nitq və çıxışlarda
vurğulanır ki,
“Bakı-2015” I Avropa Oyunlarının ölkəmizi
bürüyən şənlik
növrağı dünyaya
səs saldı.
I Avropa Oyunlarının
məşəli ölkəmizi
nura qərq etdi. “Atəşgah” məbədindən
götürülən “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Vətənimizi
başdan-başa dolaşdı,
yollara nur saçdı. Bu məşəlin müqəddəsliyi
bir də onda oldu ki,
onu xalqımızın
taleyinə, dövlətimizin
tarixinə adını
qurucu, dünyanın siyasi və ictimai, eləcə də dövlət xadimləri sırasına
böyük hərflərlə
yazan, ümumi inkişafımızın qarantı
olan cənab Prezident İlham Əliyev alovlandırmışdı.
Bunun rəmzi mənası vardı: nəinki möhtəşəm
idman bayramını, onun izi ilə ölkəmizi ziyarət edəcək Azərbaycanın qonaqlarını
odlu ürəklə salamlamaq!
Kitab Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı
səfiri, Heydər Əliyev Fondunun prezidenti, nəhayət,
“Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya Miniatür Kitab Muzeyinin hədiyyəsi olaraq nəşr edilib.
Məhəmməd NƏRİMANOĞLU,
Azərbaycan. - 2015.- 11 dekabr.- S. 7.