Azərbaycan ilə
Koreya arasında təhsil əlaqələri
müzakirə olunub
Dekabrın
10-da təhsil naziri Mikayıl Cabbarov Koreya Respublikasının
Azərbaycana yeni təyin olunan səfiri Kim Çanq-gyu ilə
görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə təhsil əlaqələri, o cümlədən ali və ilk peşə-ixtisas təhsili sahələrində əməkdaşlıq layihələrinin icrası məsələləri müzakirə olunub.
Mikayıl Cabbarov ölkəmiz
üçün Koreya
Respublikasının təcrübəsinin öyrənilməsinin
əhəmiyyətini qeyd edib,
təhsil sahəsində əməkdaşlığın daha da inkişaf
etdirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan. - 2015.- 11 dekabr.- S. 8.