Azərbaycan ilə
Koreya Respublikası arasında hərbi-texniki
sahədə əməkdaşlığa dair
müzakirələr aparılıb
Dekabrın 10-da müdafiə sənayesi naziri Yavər Camalov Koreya Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Kim Çanq-gyu ilə görüşüb.
Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Yavər Camalov ona iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi işində uğurlar arzulayıb.
Söhbət zamanı hərbi-texniki əməkdaşlıq üzrə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfir Kim Çanq-gyu
səmimi görüş üçün
minnətdarlığını bildirib.
AZƏRTAC
Azərbaycan.- 2015.- 11 dekabr.- S. 8.