Bakıda Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş konfrans keçirilib

 

Dekabrın 10-da Ombudsman Aparatının təşkilatçılığı ilə “Azərbaycanda insan hüquqlarının təmini davamlı inkişaf perspektivində” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə, Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 20 illiyinə, BMT-ninUNESCO-nun 70 illiyinə həsr olunub.

Konfransı giriş sözü ilə açan Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib ki, BMT Baş Məclisi tərəfindən 1948-ci ildə qəbul edilən İnsan Hüquqları Haqqında Bəyannamə insan hüquq və azadlıqları baxımından böyük əhəmiyyət daşıyır. Bəyannamənin qəbul edilməsi insan hüquqlarının müdafiəsi ideyasının, əhalinin müxtəlif qruplarının hüquqlarının bərabər imkanlar əsasında beynəlxalq səviyyədə tanınmasına, insan hüquqlarının beynəlmiləlləşməsinə və təşviqinə imkan verir. İnsan Hüquqları Haqqında Bəyannamə demək olar ki, bütün dövlətlərin konstitusiyalarında, qanunvericilik aktlarında əksini tapıb. Bu sənəddə heç bir ayrı-seçkiliyə yol verilməyib. Bu, çox mühüm əhəmiyyət kəsb edən sənəddir.

Müstəqil Azərbaycanın Konstitusiyasının çox mütərəqqi sənəd olduğunu vurğulayan E.Süleymanova bildirib ki, ölkəmizin Əsas Qanununda insan hüquq və azadlıqlarına çox böyük yer ayrılıb. Ombudsman deyib ki, ulu öndər Heydər Əliyevin 1998-ci il fevralın 22-də imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanla insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində strateji məqsədləri müəyyənləşdirməsi, 1998-ci il 18 iyun tarixli Sərəncamla “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq etməsi bu gün uğurlarını qeyd etdiyimiz insan hüquqları sahəsində mühüm islahatlara, o cümlədən insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılması prosesinə mühüm töhfə verib.

Diqqətə çatdırılıb ki, 2006-cı il dekabrın 28-də Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” bu sahədə Dövlət Proqramının fəlsəfəsini inkişaf etdirib. Milli Fəaliyyət Planı insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universalregional səviyyədə əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət edib.

Noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərinin ölkəmizin həyatında mühüm hadisə olduğunu qeyd edən E.Süleymanova Milli Məclisdə 4 yeni komitənin yaradıldığını vurğulayıb. “Biz hökumətə 500-dən çox təklif vermişik ki, onların 60 faizi təmin edilib. Yeni inkişaf mərhələsi hər birimizdən müasir yanaşma, xalqa xidmət müstəvisində səmərəli və şəffaf, müasir idarəetmə modelinin, vətəndaş-dövlət qulluqçusu münasibətlərində daim inkişafda olan düşüncə tərzi tələb edir. Birgə təşəbbüslərimiz qarşıda duran problemlərin həllinə mühüm töhfə verəcək”, - deyə Ombudsman vurğulayıb.

Konfransda çıxış edən Milli Məclisin deputatı Hadı Rəcəbli vurğulayıb ki, əhalinin sosial rifahı, əmək hüquqlarının qorunması insan hüquq və azadlıqlarının mühüm hissəsini təşkil edir. Bu gün Azərbaycanda yoxsulluqişsizlik minimum həddə endirilib. Ulu öndər Heydər Əliyev bütün təbəqələrdən olan insanların, o cümlədən Qarabağ müharibəsi əlillərinin, eləcə də qaçqınların və məcburi köçkünlərin hüquqlarının qorunmasını hər zaman diqqət mərkəzində saxlayıb. Bu siyasət hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin müavini Nato AlhazişvilininBMT-nin davamlı inkişaf məqsədləri gələcəyə yeni çağırışlar kimimövzusunda məruzəsi dinlənilib.

Sonda Ombudsman Aparatının ənənəvi olaraq keçirdiyiHüquqlar – hamı üçün!” mövzusunda jurnalist yazıları, “Mən və hüquqlarım” mövzusunda uşaq rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb.

 

AZƏRTAC

 

Azərbaycan. - 2015.- 11 dekabr.- S.10.