Azərbaycan Prezidenti İlham
Əliyevə Çinin
Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu təqdim edilib
Xüsusi müxbirimiz xəbər verir ki, Çin
Xalq Respublikasında dövlət səfərində
olan Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevə
dekabrın 11-də Renmin
Universitetinin “Tarix üzrə fəxri
professor” diplomunun təqdim
edilməsi mərasimi
keçirilib.
Prezident
İlham Əliyev tarix üzrə fəxri professor seçildiyi
bu ali
təhsil ocağının
xatirə kitabına ürək sözlərini
yazdı.
Dövlətimizin başçısı əvvəlcə
universitetin rektoru Liu Veylə görüşdü.
Görüşdə ölkələrimiz arasında
bir çox sahələrdə, xüsusilə
siyasi, iqtisadi, mədəni sahələrdə
əlaqələrin inkişaf
etdiyi bildirildi. Təhsil sahəsində
əməkdaşlığın, xüsusilə universitetlərarası
əlaqələrin genişləndirilməsinin,
tələbə mübadiləsinin
həyata keçirilməsinin
əhəmiyyəti qeyd
edildi. Prezident İlham Əliyevin
Çinə dövlət
səfərinin ölkələrimiz
arasında bir sıra sahələrdə
olduğu kimi, təhsil sahəsində də əməkdaşlığın
inkişafına töhfə
verəcəyi vurğulandı.
Bu sahədə əlaqələrin xalqlarımızın
dostluq münasibətlərinin
möhkəmlənməsinə xidmət etdiyi bildirildi.
Sonra qarşılılıqlı
hədiyyələr təqdim
olundu.
Universitetin prorektoru İ Cixon
mərasimi açaraq
bugünkü görüşün
ali təhsil
ocağının həyatında
mühüm hadisə
olduğunu dedi.
Rektor Liu Vey çıxış
edərək Prezident İlham Əliyevi universitetdə bir daha salamladı. O, ölkəmizin
tarixi və mədəniyyəti haqqında
məlumat verdi.
Çin
ilə Azərbaycan arasındakı münasibətlərin
tarixindən danışan
rektor Azərbaycan Prezidentinə rəhbərlik
etdiyi universitetin “Tarix üzrə fəxri professor” diplomunu təqdim etməkdən şərəf duyduğunu
bildirdi.
Sonra prorektor İ Cixon Prezident İlham Əliyevin həyat və fəaliyyəti barədə məlumat verdi.
Daha sonra Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu və döş nişanı dövlətimizin
başçısına təqdim
edildi.
Prezident İlham Əliyev mərasimdə çıxış
etdi.
Dövlətimizin başçısı bu fəxri adın ona verilməsinə görə universitetin rəhbərliyinə təşəkkürünü
bildirdi. Dedi ki, bu, ölkələrimiz arasındakı
dostluq münasibətlərinin
göstəricisidir. Azərbaycanın Çin ilə uzun illərdir uğurlu əməkdaşlıq
etdiyini deyən Prezident İlham Əliyev münasibətlərimizin
hazırkı səviyyəsindən
məmnunluğunu ifadə
etdi. Çinə dövlət səfəri
çərçivəsində keçirdiyi görüşlərin
səmərəli olduğunu
deyən Prezident İlham Əliyev ikitərəfli münasibətlərin
inkişaf etdirilməsi
üçün ortaq
siyasi iradənin mövcud olduğunu vurğuladı.
Prezident İlham Əliyev çıxışında Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsindən də bəhs etdi. BMT Təhlükəsizlik
Şurasının Azərbaycanın
işğal edilmiş
torpaqlarının dərhal
və qeyd-şərtsiz
azad edilməsi ilə bağlı dörd qətnaməsinin olmasına baxmayaraq, Ermənistanın bu sənədlərə məhəl
qoymadığını bildirdi.
Dövlətimizin başçısı Çinin Azərbaycanın
ərazi bütövlüyünü
və suverenliyini dəstəklədiyini vurğuladı,
Azərbaycanın da “Vahid Çin” prinsipini dəstəklədiyini
diqqətə çatdırdı.
Prezident
İlham Əliyev Azərbaycanın əldə
etdiyi uğurlardan danışdı, neftin qiymətinin aşağı
düşməsinə baxmayaraq
ölkəmizdə iqtisadiyyatın
inkişaf etdiyini, əlverişli investisiya mühitinin mövcud olduğunu dedi. Dövlətimizin başçısı əsas məqsədin Azərbaycanı inkişaf
etmiş ölkəyə
çevirmək olduğunu
bildirdi.
Prezident
İlham Əliyev Azərbaycanda təhsilin inkişafına böyük
diqqət yetirildiyini vurğuladı, müvafiq
proqramların həyata
keçirildiyini qeyd etdi, ölkəmizdə savadlılığın səviyyəsinin
100 faiz olduğunu dedi. Dövlətimizin
başçısı Azərbaycanın regionda
sülhün tərəfdarı olduğunu, terrorizmə, ekstremizmə
qarşı mübarizə apardığını, ölkəmizin
multikulturalizmin mərkəzlərindən
birinə çevrildiyini diqqətə
çatdırdı.
AZƏRTAC
Azərbaycan. - 2015.- 12 dekabr.- S.1.