Səfər başa çatdı
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin Çin Xalq Respublikasına dövlət
səfəri dekabrın
11-də başa çatıb.
Azərbaycanın və Çinin dövlət bayraqlarının
dalğalandığı Pekin
şəhərinin beynəlxalq
hava limanında dövlətimizin başçısının
şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Çinin yüksək səviyyəli dövlət
və hökumət nümayəndələri yola
saldılar.
AZƏRTAC
Azərbaycan.- 2015.- 12 dekabr.- S. 2.