Çin KİV-ləri Azərbaycan Prezidentinin dövlət səfərini geniş işıqlandırıb
Çin Xalq Respublikasının kütləvi informasiya vasitələri Azərbaycan
Prezidenti İlham Əliyevin bu ölkəyə dövlət
səfərinə geniş
yer ayırıb.
Dünyanın ən nüfuzlu informasiya agentliklərindən biri olan Sinxua, geniş oxucu şəbəkəsinə malik gündəlik “Jenmin Jibao” qəzeti, 22 kanalı və bir milyard tamaşaçı auditoriyası olan Çin Mərkəzi Televiziyası (CCTV), 50-dən çox dildə yayımlanan Çin Beynəlxalq Radiosu, digər qəzet və xəbər saytları Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi, ÇXR Sədri Si Cinpin, Dövlət Şurasının Baş naziri Li Keçyan, Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Can Decian ilə görüşlərinə, habelə Sian şəhərində Terrakota ordusu və Pekində Paytaxt muzeylərinə ziyarətinə, Şaansi avtomobil zavoduna və “Huawei” şirkətinin sərgi mərkəzinə baş çəkməsinə dair bir neçə dəfə xəbərlər verib, reportajlar yayımlayıblar.
Bundan başqa, Sinxua agentliyi Prezident İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunan xüsusi material da hazırlayıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Azərbaycan. - 2015.- 12 dekabr.- S. 2.