İtaliya Respublikasının Prezidenti
Sergio Mattarelladan
Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab
İlham Əliyevə
Hörmətli cənab Prezident,
Xəzər dənizinin “Günəşli”
neft yatağındakı
platformada baş verən qəza nəticəsində insanların
həyatlarını itirməsi,
itkin düşməsi
və xəsarət alması xəbərini dərin kədər hissi ilə qarşıladım.
İtkin düşən insanların
axtarışının müsbət
nəticələnəcəyinə ümid edir, Sizə, faciənin qurbanlarının ailələrinə
və yaxınlarına,
bütün Azərbaycan
xalqına İtaliya xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir,
xəsarət alanların
tezliklə sağalmalarını
diləyirəm.
Zati-aliləri, bu hüznlü
günlərdə Sizin yanınızda olduğumuzu və kədərinizə şərik
çıxdığımızı bildirirəm.
Hörmətlə,
Sergio Mattarella
İtaliya Respublikasının Prezidenti
Azərbaycan. - 2015.- 12 dekabr.- S.2.