Ucalığa aparan yol zəngin mənəviyyatdan keçir

 

Ümummilli lider Heydər Əliyev Azərbaycan mədəniyyətinin mənəviyyatının xilaskarı kimi xatirələrdə əbədiləşdi

 

Qədim ənənələrə, zəngin milli mənəvi dəyərlərə malik Azərbaycan xalqı məhz ümummilli lider Heydər Əliyevin bu gün uğurla davam etdirilən siyasəti sayəsində qorunub saxlanan mənəvi irsi ilə fəxr edir. Azərbaycan mənəviyyatının mədəniyyətinin daim himayədarı olan ümummilli liderin ölkə həyatının bütün sahələrində qüdrətli əzəmətli yadigarları var ki, zaman keçdikcə onların böyük əhəmiyyəti üzə çıxır.

Tarixi mədəni hadisələr fonunda Azərbaycanın taleyində ulu öndərin xidmətləri daha aydın parlaq görünməkdədir. Heydər Əliyev Azərbaycanı azərbaycanlılara qaytardıfikri geniş anlam kəsb edir. Onun məna çalarlarından biri , təbii ki, mədəniyyət mənəviyyatla bağlıdır.

Ötən əsrin sonlarında cəmiyyətdə baş verənlər yaddaşlardan silinib, tarixdən: dağılan yalnız sosialist iqtisadiyyatı deyildi, mənəvi dəyərlərimiz sıradan çıxırdı. Sahmanı pozulmuş həyatın bütün sahələrində olduğu kimi, mədəniyyətimiz məhz ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra onun işıqlı zəkası ilə özünün sonrakı inkişaf dövrünə qədəm qoydu. Ulu öndər mədəniyyətə, sadəcə, qayğı göstərməklə kifayətlənmirdi. İstənilən musiqi əsəri, incəsənət xadiminin yaradıcılığı haqqında elə dəqiq fikirlər söyləyir, təhlillər aparırdı ki, sənətşünaslar heyran qalmaya bilmirdi. Heydər Əliyev hər bir sənətkarla o sənətin mahir bilicisi kimi söhbət edirdi.

Ümummilli liderin misilsiz xidmətləri sayəsində Azərbaycan mədəniyyəti sözün həqiqi mənasında yüksəliş dövrü keçmişdi: hakimiyyətinin birinci dövründə, yəni 1970-1982-ci illər ərzində memarlıq şəhərsalma, monumental incəsənət, təsviri sənət, musiqi, teatr, kino sahəsində misli görünməyən tərəqqi baş vermişdi. Azərbaycanın bütün şəhərlərində mədəniyyət evləri, memarlıq kompleksləri yaradılmışdı. Bir sıra rayonlarda fəaliyyəti dayandırılmış dövlət dram teatrları yenidən bərpa edilmişdi. Müxtəlif bölgələrdə mədəniyyət incəsənət xadimlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr ucaldılmışdı. İmadəddin Nəsimi, Cəfər Cabbarlı, Səməd Vurğun, Nəriman Nərimanov, Mehdi Hüseyn digər ədiblərimizin heykəllərinin təşəbbüskarı məhz Heydər Əliyev olmuşdu.

Azərbaycan incəsənətinin inkişafına nail olmaq üçün ulu öndər xalqımızı layiqincə təmsil edən bəstəkarların, rəssamların, kino teatr xadimlərinin yubileylərinin dövlət səviyyəsində keçirilməsinə böyük əhəmiyyət verir deyirdi: “Görkəmli şəxsiyyətlər xalqımızın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər”.

Ümummilli lider mədəniyyətin ictimai həyatda rolunu, mahiyyətini dəyərləndirir, mədəniyyət xadimlərini, musiqiçiləri yeni yaradıcılıq axtarışlarına ruhlandırmaq üçün onların əməyini yüksək qiymətləndirirdi. Əlbəttə, sovetlərin hakimiyyəti dövründə Heydər Əliyevin Azərbaycan incəsənətinə, mədəniyyətinə göstərdiyi xidmətlər xalqımızın milli mənəviyyatına verdiyi dəyər idi. Sovet imperiyasının təzyiqi altında milli mədəniyyətin inkişafına çalışmaq onun nümayəndələrinin dünyada tanınmasına səy göstərmək sözün əsl mənasında qəhrəmanlıq idi. Ulu öndər buna siyasi cəsarəti, müdrik addımları ən başlıcası isə ürəyinin hökmü - Azərbaycana vətənpərvərcəsinə bağlılığı sayəsində nail olurdu. Təbii ki, respublikamız o dövrlərdə SSRİ-nin tərkibində kiçik bir əyalət timsalında görünürdü. Lakin məhz həmin dövrdə Süleyman Rəhimov, Mirzə İbrahimov, Rəsul Rza, Süleyman Rüstəm, Qara Qarayev, Fikrət Əmirov, maestro Niyazi, Rəşid Behbudov, Mikayıl Abdullayev, Tahir Salahov Sosialist Əməyi Qəhrəmanı kimi fəxri ada layiq görülmüşdülər. Həmin sənətkarların nəinki sovet dövlətində, hətta dünyada məşhurlaşmasında öz orijinal yaradıcılıqları ilə yanaşı, Heydər Əliyevin mədəniyyətə, ədəbiyyata incəsənətə qayğısı mühüm rol oynamışdır.

Ulu öndərin mədəniyyət incəsənətin inkişafındakı xidmətlərindən biri müasir, yeni janrların yaradılması ilə yanaşı, milli musiqimizin unudulmaması üçün tövsiyələr verməsi buna çalışması idi. Xüsusilə Üzeyir bəy Hacıbəylinin, Müslüm Maqomayevin əsərlərinin gənc nəsil tərəfindən öyrənilməsinə, tamaşaya qoyulmasına çox ciddi diqqət göstərirdi. Ümummilli lider Üzeyir bəy Hacıbəyli sənətinin ictimai əhəmiyyətini dəyərləndirərkən demişdir: “Əgər nəzərə alsaq ki əsrimizin əvvəllərində xalqımızın əksəriyyəti savadsız idi, kitab oxuya bilmirdi kitablar da az idi, kino, televiziya başqa vasitələr yox idi, təsəvvür edin, Üzeyir Hacıbəyov öz operası vasitəsilə Məhəmməd Füzulinin sözlərini, “Arşın mal alan”, “O olmasın, bu olsun başqa operettaları vasitəsilə istədiyi fikirləri insanlara çatdırmaqla xalqımızın mənəvi mədəni inkişafında qədər böyük xidmətlər göstəribdir”.

Musiqi ayrı-ayrı xalqlara məxsus olsa da, insanları birləşdirən ən yaxşı vasitədir. Bu səbəbdən müxtəlif xalqlar arasında mədəni körpülər salmaq çox vacib hesab edilir. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızda müxtəlif dövlətlərin, xalqların, eləcə xarici ölkələrdə Azərbaycanın mədəniyyət günlərinin keçirilməsinə start verildi. Hazırda bu ənənə dövlətimiz Heydər Əliyev Fondu tərəfindən çox uğurla davam etdirilir.

Ulu öndər Heydər Əliyev xarici ölkələrdən respublikamıza gələn incəsənət xadimlərinin qastrol səfərlərinə böyük əhəmiyyət verər, onların ifalarına baxar, qonaqları şəxsən qəbul edərdi. Alla Puqaçova, İosif Kobzon, Oleq Qazmanov və başqalarının ozamankı “Respublika” sarayındakı konsertlərində ümummilli liderin iştirakı və qonaqlarla görüşü unudulmaz xatirələrdəndir. Dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin Bakıda yubileyinin təntənəli qeyd edilməsi, ona və atasına məxsus ev-muzeyinin açılması məhz Heydər Əliyevin təşəbbüsüdür.

Ümummilli liderin mədəniyyətə göstərdiyi diqqət və qayğının səbəbi öz fikirlərində daha dəqiq və mükəmməl səslənirdi: “Mən şeirə də, mahnıya da çox hissiyyatlı adamam, musiqi, mahnı məni həmişə həyəcanlandırır”.

Çıxışlarının birində ümummilli lider demişdir: “Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz”.

Ümummilli liderin özünün sevdiyi bəstəkarlar, mahnılar, əsərlər də var idi. Ən çox sevdiyi bəstəkarın Üzeyir bəy Hacıbəyli olduğunu dəfələrlə bildirmişdir.

Ümummilli liderin haqqında yazılan xatirələrdən məlumdur ki, hələ uşaqlıqdan teatr həvəskarı olub. Orta məktəbdə oxuyarkən rəssam olmaq istəyib. Yaradıcılığa meyil, maraq onun bütün varlığında yaşadığından həmişə teatrı dərin məhəbbətlə sevib. Teatrlarda tamaşaya qoyulan əsərlərin premyerasında iştirak edib. Bu səbəbdən də Azərbaycanın rejissoraktyor heyəti Heydər Əliyevi “teatrın dostu” adlandırırdı. Milli teatrımızın müasir tələblər səviyyəsində fəaliyyət göstərməsi ən böyük arzusu olub. Bu səbəbdən də teatrın tərəqqisi üçün müxtəlif sərəncamlar imzalayırdı. Bir amalı var idi: “Qazanılan gəlir birinci növbədə mədəniyyətə sərf olunmalıdır. Çünki mədəniyyət hər şeydən üstündür”.

Azərbaycanda ev-muzeylərinin yaradılmasının təşəbbüskarı da məhz ümummilli lider Heydər Əliyev olmuşdur. Məhz həmin mədəniyyət siyasətinin tərkib hissələrinin nəticəsidir ki, bu gün respublikamızda onlarca görkəmli sənət adamının - yazıçıların, şairlərin, musiqiçilərin, rəssamların, memarların ev-muzeyləri fəaliyyət göstərir.

Həmişə milli mədəniyyətə, onun tarixi qaynaqlarına diqqətlə yanaşan ümummilli liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mədəni həyatımızda bir coşqunluq yaratdı. Müstəqillik dövrünə qədəm qoymuş Azərbaycan xalqı ulu öndərin mədəniyyət və incəsənətə göstərdiyi qayğının yeni sevinclərini yaşadı. İmzaladığı sərəncamlar, həyata keçirdiyi tədbirlər və digər diqqətçəkən hadisələr Azərbaycan mədəniyyətinin inkişafında yeni bir eranın başlanmasına səbəb oldu. Ümummilli liderin söylədiyi “...Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcək” fikri bu sahədə əməli fəaliyyətin əsas xəttinə çevrildi.

Ümummilli lider Heydər Əliyevin 13 avqust 2001-ci il tarixdə milli-mənəvi dəyərlərlə bağlı verdiyi bəyanat həyatın bu vacib sahəsinə parlaq bir işıq saldı. Bəyanat, əslində, mənəviyyat dərsi idi ki, hər kəs öz məsuliyyətini və vəzifəsini dərindən anlasın. Həmin bəyanatda ulu öndər qətiyyətlə bildirirdi: Biz öz milli mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli illər boyu sınaqlardan keçmiş bu mənəvi-əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.

Dünya Azərbaycanlılarının I qurultayında ümummilli lider Heydər Əliyev yaddaşlara iz salan nitqinin sonunda öz xalqına əbədi arzularını yetirirdi: “Qoy çaylarımız qurumasın! Qoy ağaclarımız kəsilməsin, qoy çırağımız sönməsin!..”

Ulu öndər adət-ənənələrimizə, milli dəyərlərimizə ləkə gətirəcək hər bir məsələyə qarşı barışmaz olmağa çağırırdı. Öncə milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizə hörmətlə, diqqət və həssaslıqla yanaşmalıyıq.

Milli-mənəvi dəyərlərin qorunması ən vacib şərtlərdən hesab edilməlidir. Ulu öndər Heydər Əliyev də məhz belə deyirdi: “Ucalığa aparan yol zəngin mənəviyyatdan keçir”.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan. - 2015.- 13 dekabr.- S. 6.